Əsas səhifə » ANA SƏHİFƏ » ARDNŞ-in Bakıda 200 evi olan vitse-prezidenti kimdir? – Klanlar – (Araşdırma)

ARDNŞ-in Bakıda 200 evi olan vitse-prezidenti kimdir? – Klanlar – (Araşdırma)

S.CPrezidentliyə namizəd Sərdar Cəlaloğlunun adını çəkmədiyi “evlər kralı” məmur Mikayıl İsmayılov imiş

Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr debatında namizədlərdən biri – ADP sədri Sərdar Cəlaloğlu ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqladı. Namizəd bildirdi ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır.

Azərbayanda vəzifəli şəxslərin korrupsiya hesabına əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olduqları yeni fakt deyil. Məmurların əksəriyyətinin saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə vətəndaşlara satıb kapitallarını “yuyur” və həm də artırırlar.

Ancaq indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə başlaması, həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu da söyləyə bilərik. Bu baxımdan Azərbaycanda peşəkar şəkildə kirayə biznesi ilə məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab etmək olar…

Bəs kirayə biznesinə kapital yatırıb, qazanc götürən ARDNŞ-in bu uzaqgörən vitse-prezidenti kimdir?

Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə imkanları var.

Ancaq S.Cəlaloğlunun adını çəkmədiyi vitse-prezidentin Xalik Məmmədov ola biləcəyi ilk anda ağıla gələn ad oldu. Nədən ki, hazırda ARDNŞ-in Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti vəzifəsini tutan Xalik Məmmədov vaxtilə elə Sərdar Cəlaloğlunun rəhbəri olduğu partiyanın fəallarından olub. Bu baxımdan ehtimal etdik ki, S.Cəlaloğlu məhz X.Məmmədovu nəzərdə tuta bilərdi.

MikayılLakin biz kiçik araşdırma apardıq və Bakıda 200 evi olan ARDNŞ-in vitse-prezidentini kimliyini müəyyənləşdirmək elə də çətin olmadı. Elə Sərdar Cəlaloğlunun Seçki Qərargahından AzPolitika.info-ya bildirildi ki, ARDNŞ-in “evlər kralı” vitse-prezidenti keçmiş ADP-çı Xalik Məmmədov yox, Mikayıl İsmayılovdur. Məhz M.İsmayılovun kirayə ev biznesinə girişdiyi barədə namizədin seçki qərargahına məlumat daxil olub.

Qeyd edək ki, M.İsmayılov faktiki olaraq, Rövnəq Abdullayevdən sonra ARDNŞ-in ikinci şəxsi hesab olunur. Hətta bəzi məlumatlara görə, M.İsmayılov bir sıra məsələlərdə ARDN-də əsas söz sahibidir.

Əslən Ağsu rayonundan olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın dostlarından biridir və məhz onun sayəsində belə yüksək vəzifəyə təyin olunub. Yaxından tanıyanlar M.İsmayılovu son dərəcə hiyləgər şəxs kimi təqdim edirlər. ARDNŞ-dəki mənbələr deyir ki, M.İsmayılov həm də şirkətin “qara kassası” hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı şirkətdə korrupsiyanın ən çox yayıldığı təchizat işi də M.İsmayılovun nəzarəti altındadır. AzPolitika.info-ya verilən məlumatlara görə, ARDNŞ-dəki bütün təchizat rəisləri M.İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, M.İsmayılov son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir.

Lakin M.İsmayılovun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır.  Deyilənlərə inansaq, M.İsmayılov “Paşayevlər” klanının ARDNŞ-dəki əsas dayağıdır. Hətta bəzi mənbələrin iddiasına görə, bu klanın məqsədi M.İsmayılovu şirkətin başına keçirməkdir. Bunu R.Abdullayev də bildiyi üçün bir çox səlahiyyətlərini və gəlirli sahələri ona təslim edib.

Hər halda, M.İsmayılova yaxın mənbələr bu səpgili söz-söhbətlərib əsas qaynağı kimi çıxış edirlər. Belə də deyilir ki, M.İsmayılovun ölkə prezidentinə də birbaşa çıxışı var və hətta onları dost da hesab etmək olar. Əlbəttə, istisna deyil ki, bu şayiələri M.İsmayılov qəsdən yaydırır.

Qayıdaq teledebatlarda kifayət qədər yumşaq mövqe nümayiş etdirən, problemlər haqda ümumi danışmağa üstünlük verən Sərdar Cəlaloğlunun ad çəkmədən ARDNŞ-in vitse-prezidentini hədəfə almasına. Fikrimizcə, S.Cəlaloğlunun bu məsələyə toxunmasında hakimiyyətdəki klanlararası mübarizənin izləri var. Yuxarıda qeyd etdik ki, Mikayıl İsmayılov “Paşayevlər” klanının ARDNŞ-dəki “canişini” hesab olunur. Təsadüfi deyil ki, məhz M.İsmayılovun əli ilə ARDNŞ-də mühüm postları tutan Naxçıvan əsilli məmurlar son illərdə açıq şəkildə hədəfə alınıb. Bu proses indi də davam edir. S.Cəlaloğlunun isə hakimiyyətdəki “Naxçıvan klanı”nın təsiri altında olduğu haqda məlumatlar var. Bu baxımdan, istisna deyil ki, M.İsmayılovun Bakıda 200 evi olduğu haqda məlumat S.Cəlaloğlunun dili ilə məqsədli şəkildə ictimailəşdirilib.

Yəni ola bilsin ki, M.İsmayılova birbaşa efirdən «nəyin var, nəyin yoxdu bilirik» xəbərdarlığı edildi. 

AzPolitika.info 


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 28 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: