Hüquq müdafiəçisi “Azəriqaz”ın rəhbərini ifşa elədi

 

Əkbər Hacıyevin «ölkə üzrə qaz itkisi 6 faizdir» bəyanatı yalan çıxdı

“Azəriqaz” Istehsalat Birliyinin 5 illik fəaliyyəti nəticəsində ölkədə qaz itkisinin azalması o qədər də müşahidə olunmadı. Düşünürəm ki, bu struktur da özünü doğrultmadı”. Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib. Onun sözlərinə görə, məhz bu səbəbə və başqa amillərlə görə, “Azəriqaz” Istehsal Birliyində də struktur təkmilləşdirilməsi başlanır:

“Ilkin olaraq Zaqatala Regional Qaz Istismar Idarəsi yaranır. Bura Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələri daxil olacaq. Şəki rayonunda qaz abonentlərin sayı 20.193, Zaqatalada 11 192, Qaxda 6800, Oğuz rayonunda 3904, Balakən rayonunda isə abonentlərin sayı 15.534-dür. Və yalnız 2013-cü ilin dekabr ayında qaz itkisi Şəkidə 34,8 faiz, Zaqatalada 35,5 faiz, Qaxda 35 faiz, Oğuzda 24 faiz, Balakəndə isə 33,2 faiz olub. Bu qədər itki müşahidə olunan Qaz Istismar Sahələrini birləşdirmək hansı effekti verəcək? Təəcüb doğuran amillərdən biri də odur ki, regional idarə müqayisəli dərəcədə, abonenti az, qaz itkisi daha çox olan Zaqatala rayonunda yaradılır. Və bunun üçün hansı kriteriyalar və ya indikatorlar əsas götürülüb?

Qeyd edim ki, ötən il Azəriqaz Istehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev kanallardan birindəkii verilişlərin birində ölkə üzrə qaz itkisinin 6 faizə endiyini bildirmişdi. Bununla əlaqədar təşkilatın ekspertləri araşdırmalarını davam etdirirlər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma