Əsas səhifə » ANA SƏHİFƏ » AMİ Qazax filialının sabiq direktorunun iki mərtəbəli imarəti yandırıldı

AMİ Qazax filialının sabiq direktorunun iki mərtəbəli imarəti yandırıldı

yangin

Bu gün səhər saatlarında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının iki il bundan öncə işdən azad edilmiş  sabiq direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı kəndindəki evi yandırılıb.  Qonşuların dediyinə görə, sabiq direktorun fırıldağının qurbanına çevrilmiş məzunlar və onların valideynləri onun evini yandırıb.  Mənbə onu da bildirir ki, bir neçə gün bundan əvvəl aldadılmış məzunlar İsa Veysovun evinin ətrafına toplaşmış və pullarını geri almayacaqları təqdirdə, keçmiş direktorun evini yandıracaqları ilə hədələmişlər.Və bu gün baş vermiş hadisə öz sübutunu tapmışdır. Əldə etdiyimiz məlumata görə, İsa Veyisov “borcluların” əlindən ailəsi ilə birgə Bakı şəhərinə qaçmışdır. Belə ki, İsa Veysov tərəfindən aldadılaraq saxta diplom verilən həmin şəxslər və yaxınları çıxış yolunu keçmiş direktorun evini yandırmaqda görüblər.  Mənbə onu da bildirdi ki, iki mərtəbəli imarətə quraşdırılmış güvənlik kamerasının içindəki kaseti yaxın qohumlardan olan bir xanım çıxardıb,  götürmüş və polis əməkdaşlarının təkidilə istəməsinə  baxmayaraq,  Ekspert gələcəyi halda kaseti verəcəyini israrla bildirmişdir.  Hadisə yerinə çox saylı yanğınsöndürənlər cəlb olunsada, səhər saatlarında başlayan yanğını  saat 11:00 radələri olmasına baxmayaraq, hələ də, söndürməyə müvəffəq olmamışlar.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 27 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: