Şəfəqə Doğru » Gündəm » `GECƏ YATMAQ ƏVƏZİNƏ, BAKININ KÜÇƏLƏRİNİ GƏZDİM` – POROŞENKO

`GECƏ YATMAQ ƏVƏZİNƏ, BAKININ KÜÇƏLƏRİNİ GƏZDİM` – POROŞENKO

`GECƏ YATMAQ ƏVƏZİNƏ, BAKININ KÜÇƏLƏRİNİ GƏZDİM` – POROŞENKO

"Səfər məndə çox böyük təəssürat oyadıb. Bakı qədim tarixi və müasirliyi özündə ehtiva edən bir şəhərdir. Şəhərin böyüklüyü Azərbaycan xalqının nə dərəcədə qüdrətli və böyük xalq olduğunu nümayiş etdirir. Mən dünən gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim, köhnə şəhərdə – İçərişəhərdə ekskursiyada oldum”.

 

Bu sözləri Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko prezident İlham Əliyevlə görüşündən sonra mətbuata bəyanatında deyib.

"Bu gün burada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlamaya bilmərəm. Çünki müasir Azərbaycanın banisi məhz bu şəxs olub. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün bu dərəcədə çiçəklənən müasir ölkəyə çevrilib. O ölkəyə ki, onunla beynəlxalq müstəvidə hər kəs hesablaşır”, – deyə Poroşenko qeyd edib. Prezident Pyotr Poroşenko Azərbaycan və Ukrayna prezidentləri Şurasının Beşinci İclasının yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib: "Düşünürəm ki, ən perspektivli layihələrdən biri Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaq. Burada – Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir. Düşünürəm ki, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaq.

Biz yanacaq və energetika sahəsində əməkdaşlığımızı müzakirə etdik. Burada söhbət Azərbaycanın ehtiyatlarının və Ukraynanın tranzit ehtiyatlarının tətbiq edilməsindən gedir”.

Ukrayna dövlətinin başçısı iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq qeyd edib: "BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi olmuşdur və orada da Ukrayna daim müdafiə edilib. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə, biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.

Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur”.

Poroşenko Prezidentlər Şurasının Beşinci İclasının nəticələrini yüksək qiymətləndirərək, növbəti iclası ən yaxın gələcəkdə keçirmək üçün prezident İlham Əliyevi Ukraynaya dəvət edib.