Şəfəqə Doğru » Gündəm » TÜRKİYƏDƏ YENƏ TERROR: 3 POLİS ŞƏHİD OLDU

TÜRKİYƏDƏ YENƏ TERROR: 3 POLİS ŞƏHİD OLDU

TÜRKİYƏDƏ YENƏ TERROR: 3 POLİS ŞƏHİD OLDU

Türkiyədə növbəti dəfə terror aktı törədilib.

"Anadolu” agentliyi xəbər verir ki, hadisə Mardin şəhərində Kızıltepe-Viranşehir avtomobil yolunda baş verib.
Qeyd olunub ki, PKK terrorçularının yolun kənarında yerləşdirdikləri partlayıcı qurğu zirehli polis avtomobili hərəkət edən zaman işə düşüb. Nəticədə 3 polis əməkdaşı şəhid olub.

Təhlükəsizlik qüvvələri hücumu təşkil edən PKK-çıların zərərsizləşdirilməsi üçün əməliyyatlara başlayıb.