Şəfəqə Doğru » Gündəm » “Qızıl Məryəm”in qətlində təqsirləndirən qızı: “Anamı sevgilim öldürtdürüb”

“Qızıl Məryəm”in qətlində təqsirləndirən qızı: “Anamı sevgilim öldürtdürüb”

“Qızıl Məryəm”in qətlində təqsirləndirən qızı: “Anamı sevgilim öldürtdürüb”

 Bu gün "Qızıl Məryəm” kimi tanınan Məryəm Nemət-zadənin qətlində təqsirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə şahid qismində Günel Hüseynovanın sevgilisi olmuş Asim Məmmədov ifadə verib. Şahid Günel Hüseynova ilə münasibətindən danışıb. "Günelin vasitəsi ilə onun anası Məryəm Nemətzadəni tanıdım Öyrəndim ki, Günelin anası "Moskva” univermağında qızıl alveri ilə məşğul olur. Mən də ondan qızıl götürmüşəm. Bütün qızılların pulunu ödəmişəm. Onun ölümündən sonradan xəbər tutdum”.

Təqsirləndirilən Günel Hüseynova cinayətin törədilməsini Asim Məmmədov təşkil etdiyini deyib: "Asimlə olan münasibətimdən anamın xəbəri olub və mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın "Moskva” univermağında qızıl alveri ilə məşğul olduğunu bilib. O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Buna görə də anamla Asim arasında tez-tez mübahisə yaranıb. Mübahisələri olsa da, Asim qızılların pulunu ödəməyib. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib”.

 

Asim Məmmədov Günel Hüseynovanın yalan danışdığını, bu qətldən ümumiyyətlə xəbəri olmadığını deyib. Proses oktyabrın 24-də davam edəcək.

İttihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər. (Lent.az)