Şəfəqə Doğru » Gündəm » Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir... - 150 min dollar istəyir

Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir... - 150 min dollar istəyir

Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir... - 150 min dollar istəyir
Salyanın keçmiş icra başçısı Tahir Kərimov rayonda 3 il əvvəl inşa etdirdiyi villasını satışa çıxarsa da müştəri tapılmır.

Virtualaz.org saytı Şirvan bürosunun verdiyi məlumata görə, Salyan şəhərindəki 3 mərtəbəli bu villanın yerində əvvəllər şəhid Vüqar İsayevin adını daşıyan 6 saylı uşaq bağçası olub. Amma 2013-cü ildə bağça sökülüb və yerində başçının sürücüsü Yusif Əzizovun adına villa inşa olunub.

İnşaat işləri aparılan müddətdə evin qarşısından keçən küçənin bir hissəsi də zəbt olunaraq həyətə qatılıb. Baş verənlərə rayon sakinlərinin haqlı narazılığına isə məhəl qoyan tapılmayıb.

Sonradan T.Kərimov nüfuzundan istifadə edərək zəbt etdiyi küçəni də villasının ərazisi kimi qeydiyyata aldıra bilib. Amma ev alqı-satqısı ilə məşğul olanların dediyinə görə, keçmiş başçı villasını rayon yeri üçün çox baha - 150 min dollara satışa çıxardığından 6 aydır ki, müştəri tapılmır. Sadə salyanlıların arzusu isə həmin villanın körpə uşaqların istifadəsi üçün yenidən uşaq bağçasına qaytarılmasıdır.

Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan RİH-nin başçısı olub.

Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir...
Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir...
Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir...
Uşaq bağçasının yerində tikdiyi villasına müştəri tapa bilmir...
 
Shafaqadogru.com Virtualaz.orga istinadən bildirir.