Şəfəqə Doğru » Gündəm » Çevrilişi öncədən deyən şəxsdən daha bir sensassion iddia...

Çevrilişi öncədən deyən şəxsdən daha bir sensassion iddia...

Çevrilişi öncədən deyən şəxsdən daha bir sensassion iddia...
15 iyul dövlət çevrilişinə cəhdi öncədən xəbər verən amerikalı analitik Maykl Rubin Türkiyə ilə bağlı daha bir ssenaridən yazıb.

Axar.az xəbər verir ki, Rubin "Türk ordusuna nəzarətin hesablaşması" başlıqlı yazısında Türkiyədə yeni bir şiddət dalğasının yaşanacağını bildirib.

Qeyd edib ki, ən böyük döyüş Vətən Partiyasının sədri Doğu Perinçəklə Prezident Rəcəb Tayyib Ərdoğan arasında yaşanacaq.

Bir çox diplomat və analitikin Türkiyənin gedişini uzun müddətdir yanlış təhlil etməsinin səbəbi məsələnin mahiyyəti əvəzinə, kosmetik görüntüsünə diqqət yetirmələridir.

Ərdoğan Türkiyəni İran İslam Respublikasına çevirdi. İndi isə inqilaba sadiq mühafizəkarlar ordusu yaratmağı hədəfləyir.

Doğu Perinçek və tərəfdarları bu siyasəti qəbul etmir və yeni bir savaş başlayacaq. Burada kim qalib gəlsə də, Qərbdən üz döndərəcək.