Şəfəqə Doğru » Gündəm » “RUSİYADAN YENİ SİLAHLAR ALACAĞIQ” – İLHAM ƏLİYEVDƏN AÇIQLAMA

“RUSİYADAN YENİ SİLAHLAR ALACAĞIQ” – İLHAM ƏLİYEVDƏN AÇIQLAMA

“RUSİYADAN YENİ SİLAHLAR ALACAĞIQ” – İLHAM ƏLİYEVDƏN AÇIQLAMA

"Bakı yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır”.

Bu sözləri Azərbaycan prezident İlham Əliyev Davosdakı Beynəlxalq İqtisadi Forum çərçivəsində "RİA Novosti”yə müsahibəsində deyib. Ölkə başçısı bildirib ki, yeni satışla bağlı danışıqlar aparılır. O, "Siz Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyini yaxşı bilirsiniz. Biz ən müasir silahlarla maraqlanırıq. Bura vertolyotlar, müdafiə sistemi- bütün kompleks daxildir. Bu, daimi prosesdir”, – deyə bildirib.

İlham Əliyev onu da qeyd edib ki, silah sahəsində Azərbaycan və Rusiya arasında yeni müqavilələrin bağlanması üçün yaxşı perspektivlər var: "Tarixi bilirsiniz, rəqəmlər açıqlanıb. Beş milyard dollarlıq müqavilələr imzalanıb və artıq onların əksəriyyəti reallaşıb”.