Şəfəqə Doğru » Gündəm » Qadın özünü qatarın altına atdı - Bakı metrosunda

Qadın özünü qatarın altına atdı - Bakı metrosunda

Qadın özünü qatarın altına atdı - Bakı metrosunda

Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.

Shafaqadogru.com-un məlumatına görə, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun "Ulduz” stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.