Şəfəqə Doğru » Gündəm » Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Shafaqadogru.com   Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, iyunun 21-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz  24-28° isti, Bakıda gecə  18-20° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 752 mm civə sütunundan  756 mm civə sütununa yüksələcək. Nisbi rütubət  65-75 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacağı gözlənilir.