Şəfəqə Doğru » Gündəm » On altı icra hakimiyyəti orqanında ictimai şura yaradıldı

On altı icra hakimiyyəti orqanında ictimai şura yaradıldı

On altı icra hakimiyyəti orqanında ictimai şura yaradıldı

On mərkəzi, altı yerli icra hakimiyyəti orqanı yanında ictimai şuranın fəaliyyətinə artıq başlanılıb. Daha dörd yerli icra hakimiyyəti orqanı yanında ictimai şuranın yaradılması prosesi aparılır.

Shafaqadogru.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

O bildirib ki, icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şura vətəndaş qərarlarının qəbulunda önəmli vasitədir. Qərarların qəbulunda vətəndaş iştirakçılığı Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsinin birinci hissəsinin əsas tələbidir. Bu tələbin həyata keçirilməsi üçün 2013-cü ildə ictimai iştirakçılıq haqqında qanun qəbul olunub. Qanunun qəbulundan sonra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuraların yaradılmasına başlanılıb.

Azay Quliyevin sözlərinə görə, bu qanunun tətbiqi dövlətimizin başçısının vətəndaşlarla icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərməsinə yaratdığı imkandır. Bu da ölkədə demokratiya şəffaflığının olmasından xəbər verir.