Şəfəqə Doğru » Gündəm » "Azərbaycan əhalisinin 90 faizi kartofa borcludur"

"Azərbaycan əhalisinin 90 faizi kartofa borcludur"

"Azərbaycan əhalisinin 90 faizi kartofa borcludur"

Prodüser Mədinə Malik dolların məzənnəsinin dəyişməsindən sonra insanların vəziyyətinin heç də yaxşı olmadığından gileylənib. 

Shafaqadogru.com  big.az-a istinadən bildirir ki, prodüser deyib ki, insanlar qida rasionlarının çox faizini kartofla təmin edir:

"Bu gün Azərbaycan əhalisinin 90 faizi həyatını kartofa borcludur. Çünki hər gün yeməyə ət ala bilməyən kasıb insanlar öz qida rasionlarını kartofla təmin edirlər. Neçə günlərdir, ürəkağrıdan bir müşahidəmi sizə deyim. Sonuncu dəfə dollar qalxandan qapılardan daha çox kartof qızartması iyi gəlməyə başlayıb. Bəlkə də əksəriyyətimizə bu gülünc və ya gülməli gələr. Amma kartofla təkamül yaşayan bir ölkənin uşaqları sabah kartof yetişdirəcək qədər nailiyyətlərə sahib olacaq. Başqa heç nə..."