Şəfəqə Doğru » Manşet » QAZAXDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLDİ

QAZAXDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLDİ

QAZAXDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLDİ

 Bu gün  Milli Mətbuatımızın 141-ci ildönümü münasibəti ilə Qazax rayonunda tədbir keçirildi. Rayon icra hakimiyyətinin binasında keçirilən tədbirdə icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, icra başçısının 1-ci müavini Fərman Nağdalıyev, müavinlər Gülayə Həsənova, Tahir Musayev, təhsil işçiləri və rayonda yaşayaraq fəaliyyət göstərən jurnalistlər iştirak etmişlər.

 Milli Mətbuatın ildönümü ilə əlaqədar çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Azərbaycan müstəqillik əldə etdikdən sonra qaznılan nailiyyətlər, Ulu öndər Heydər Əliyevin mətbuatımızın inkişafında əvəzsiz rolu və Prezident cənab İlham Əliyevin mətbuatın daha da formalaşmasında göstərdiyi qayğıdan danışdı.

Sonra, tanınmış jurnalistlər, Resbublikanın Əməkdar Jurnalisti, "Kirpi” satirik jurnalının baş redaktor müavini Sərhəd Məmmədov, "Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, "Dövrün Nəbzi” informasiya saytının baş redaktoru İlham Hacalı, "Şəfəqə Doğru” qəzetinin baş redaktoru Neymət Novruzov, xüsusi müxbir Vəkil Rüstəm və sairə kimi qələm sahibləri mətbuatda keçdikləri yoldan və qarşılarında duran vəzifələrdən danışdılar. Eyni zamanda, belə təbriklər üçün Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirərək, onun qısa bir müddətdə Qazaxda apardığı abadlıq-quruculuq işləri üçün  təşəkkürlərini bildirdilər.

                                                                                                                                                                                                                                           Gülnar Süleymanlı