Şəfəqə Doğru » Manşet » Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?


 


Qoç -  əməkdaşlıq, birgə fəaliyyətlə bağlı məsələləri günün ikinci yarısında müzakirə etmək olar. Tərəfdaşlar və həmkarlarla münasibətlərdə ehtiyatlı olun.

Buğa - günlə bağlı planlarınızı reallaşdıranda tələsməyin. Səhər saatları uğursuz olsa da, sonrakı dövrdə müsbət təmayüllərin təsiri güclənəcək. Müstəqil işləməyə başlayın.

Əkizlər - işdə həmkarlarınız və rəhbərliyinizi anlamağa çalışın. Belədə çoxdan bəri davam edən ixtilafı çözə bilərsiniz. Yaxşı gəlir əldə etmək imkanı var. Maliyyə məsələlərini həll etmək üçün əlverişli zamandır. Xurafata inanmayın, din alverçilərini rədd edin. Axşam saatları sərinləşən münasibətləri bərpa etmək üçün pis zaman deyil.

Xərçəng - bu gün səhər saatlarından etibarən istənilən, hətta ən ağır işə başlaya bilərsiniz. Bu işi başa vurmaq üçün maksimum səylər göstərin. Yaxın ətrafınızdakı insanlar sizə yardım etməyə çalışacaqlar. Onların dəstəyindən birmənalı olaraq imtina etməyin.

Şir - belədə iş yoldaşlarınız sizi sıravi icraçı kimi yox, işlərin öhdəsindən uğurla gələ bilən insan kimi tanıyacaqlar. Günün ikinci yarısında hissləriniz barədə yalnız etibar etdiyiniz insanla danışın. Yaxınlarınızla ünsiyyətdə anlaşılmaz situasiyanın yaranmasına imkan verməyin. Səhhətinizdə problemlər yarana bilər. Diqqətli olun.

Qız - peşəkar fəaliyyət üçün əlverişli gündür. Gerçəkdən də, önəmli işlərlə məşğul olaraq mənasız, əhəmiyyətsiz məqamlara vaxt ayırmayın. Belədə məqsədə daha tez çata bilərsiniz. İşdə məsuliyyətli, zəhmətkeş olun. Aldığınız tapşırıqları vaxtında yerinə yetirməklə yanaşı, təşəbbüskar olmağı da unutmayın.

Tərəzi -  əlverişli anlaşma və sərfəli sövdələşmə üçün münasib vaxtdır. Yaxınlarınızla həssas, qayğıkeş olun. Yalnız özünüzü düşünməyin. Sizi sevən insanları incitməyin. Əks təqdirdə inciklik və problemlər istisna deyil.

Əqrəb - maraqlı görüşlər vəd edən xoş zamandır. Qeyri-adi insanlarla, ordinar olmayan fərdlərlə qarşılaşa bilərsiniz. İşdə irəliləyişlə bağlı sizi qayğılandıran məsələlər varsa, nüfuzlu hamilər tapa bilərsiniz. Onlar sizə yardım edəcəklər.

Oxatan - yeni münasibətlərin başlanması istisna deyil. Günün ikinci yarısı işgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlər baxımından da əlverişlidir. Sevdiyiniz insanla təmaslarda diqqətli olun. Onun nə istədiyini anlamağa çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Oğlaq - müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Təşəbbüslə çıxış etmək üçün uğurlu zamandır. Yeni ideyaları müzakirə etmək olar. Tərəfdaşlıq və əməkdaşlığın yeni məqamlarını, yönlərini tərəfdaşlarla söhbətdə nəzərdən keçirin.

Dolça - karyera yüksəlişi ilə bağlı məsələləri rəhbərliklə müzakirə etmək olar. Qarşınızda yeni perspektivlər yaranır. Yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Özünüzə və yaxın ətrafınızdakı insanlara qarşı tələbkar olun. Nöqsanlar, zəifliklər və səhvləri bağışlamayın. Təbii, bütün bunlar yaxınlarınızda müsbət emosiyalar yaratmayacaq. Amma qətiyyətli olun, geri çəkilməyin.

Balıqlar - günün ilk yarısında mənfi təmayüllərin təsiri artacaq. Lakin saatlar keçdikcə onların təsiri zəifləyəcək. Ciddi və önəmli planlarınız varsa, onları həyata keçirməyə tələsməyin. Aktiv hərəkətləri və fəaliyyəti günün ikinci yarısına saxlayın.