Şəfəqə Doğru » Manşet » “TELEVİZOR VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏN UZAQ İDİM” – 700 BAL TOPLAYAN ABİTURİYENT

“TELEVİZOR VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏN UZAQ İDİM” – 700 BAL TOPLAYAN ABİTURİYENT

“TELEVİZOR VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏN UZAQ İDİM” – 700 BAL TOPLAYAN ABİTURİYENT

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələri elan edib.

Shafaqadogru.com-un AzVision.az-a istinadən məlumatına görə, qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Qasımov Təbriz Nazim oğludur.

Rekorda imza atan T.Qasımov açıqlamasında qəbul imtahanlarında 700 bal toplayacağını gözləmədiyini deyib.

"Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Müəllimlərim mənə inanırdılar. Onlara təşəkkürümü bildirirəm. Bu nəticəni müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində əldə etmişəm. Hələlik hansı ali təhsil ocağına sənəd verəcəyimi dəqiqləşdirməmişəm. Yaxın günlərdə bu barədə qərarımı verəcəyəm”.