Şəfəqə Doğru » Manşet » BAŞÇININ ÇEVRƏSİNDƏKİ “XAİN KOMANDA” KİMDİR?

BAŞÇININ ÇEVRƏSİNDƏKİ “XAİN KOMANDA” KİMDİR?

BAŞÇININ ÇEVRƏSİNDƏKİ “XAİN KOMANDA” KİMDİR?
Cəlilabadın icra başçısının ətrafı "minalanıb”.

Rayon rəhbərinin çevrəsindəki "xəyanətkar komanda” gizli şəkildə onun əleyhinə kampaniya aparır.

Bu qüvvələrin məqsədi Əziz Əzizovun illərdir ki, gördüyü işlərə kölgə salıb, qara yaxmaq və ictimaiyyətdə, ölkə rəhbərliyi qarşısında nüfuzunu heçə endirməkdir. 


Shafaqadogru.com  Politika.Az-a istinadən xəbər verir ki, bu barədə ünvanlanan məktubda qeyd olunub ki, artıq məkrli planlar quran anti-Əzizov şəbəkəsinin ifşasına başlanıb. Onların de-şifrə olunaraq xain fəaliyyətinin sübuta yetirilməsi üçün təftiş edildiyi xəbər verilir. 

Ə.Əzizovun yaxın çevrəsində güvəndiyi kadrlar həmin qruplaşmanın zərərsizləşdirmək üçün hərəkətlənib. 

Məlumatda deyilir ki, Ə.Əzizov başçı təyin olunandan sonra rayon xeyli dəyişib, abadlaşıb, əhalinin güzəranında irəliləyiş müşahidə olunub, ehtiyacı olanlara əl tutulub, dərd-sərini demək istəyənlər hər zaman icra başçısının qəbulunda problemini qaldırıb. 

İcra başçısı maksimum çalışıb ki, ondan razı qalsınlar və kimsə şikayətçi olmasın. Amma bəzi qüvvələrin "saman altdan su yeridən” işləri Əzizovu ləkələməyə hesablanıb. 

Daxil olan iddialara görə, onlardan biri müəllim işləyir. Vaxtilə məktəbdə xanım həmkarına qeyri-etik mesajlar yazmış müəllim indi ayrı-ayrı xəbər portallarına icra başçısı haqda qərəzli informasiyalar sızdırır. Bu məlumatlarda Ə.Əzizov və bşqa məmurlar haqda həqiqətdən uzaq tezislər tirajlanır. 
Bir başqa adam isə Feysbuk sosial şəbəkəsində "Cəlilabadımız” adlı səhifə açıb, prezidentin təyin etdiyi Əziz Əzizovu təhqir edir. Amma hüquq-mühafizə orqanları tədbir görmür. 

Eyni zamanda bu şəbəkədə bəzi məmurlar da yer alıb. Onlar biri-birinin əleyhinə, habelə icra başçısına qarşı qarayaxma kampaniyası aparır. Ə.Əzizovla bağlı anti-təbliğat aparan qüvvələrin içərisində rayon İcra Hakimiyyətində işləyən bəzi məmurların da adı keçir. 

Hazırda aparılan araşdırmaların yekun nəticəsində onların kimliyi ifşa ediləcək. Bu xüsusatda Cəlilabadın Sığorta İdarəsinin rəisi Elşad Təhməzovun da adı hallanır. 

Bizneslə məşğul olan məmur rayonu talan edir. Bu azmış kimi, Feysbukda qabaqdangəlmişlik edərək icra başçısı haqda müxtəlif çıxışlar edir. Gah onu tərifləyir, gah rayon polis şöbəsini tənqid edir, gah da onları təhqir.

Bir zamanlar polis şöbəsindəki qanunsuzluqlara görə intihar etdiyini yazan E.Təhməzovun saxtakarlığı da üzə çıxdı. Bütün bu mənzərə ondan xəbər verir ki, Cəlilabadda Əzizova qarşı kampaniya təşkil edənlərin heç biri kristal deyil. 

O da məlum olur ki, rayonda heç kəs yerində deyil. Hər bir rayon sakini öz işi ilə məşğul olsa, ayrı məşğuliyyətə gərək qalmaz. 

Ancaq bəziləri saytlara şikayət etmək barədə baş sındırırlar. Sonra qaraladıqları məmurla təmasa keçib danışıqlar aparır, dəllallıq etməyə başlayırlar. Məqsəd eynidir – Əzizovun rayonun inkişafı üçün gördüyü işləri, çəkdiyi zəhməti və əməyi yerə vurmaq.