Şəfəqə Doğru » Manşet » Zəlimxan Yaqub Milli Məclisdə kimə aşiq olub?-ELDAR SABİROĞLU ÖTƏN İLLƏRİN SİRRİNİ AÇDI

Zəlimxan Yaqub Milli Məclisdə kimə aşiq olub?-ELDAR SABİROĞLU ÖTƏN İLLƏRİN SİRRİNİ AÇDI

Zəlimxan Yaqub Milli Məclisdə kimə aşiq olub?-ELDAR SABİROĞLU ÖTƏN İLLƏRİN SİRRİNİ AÇDI
Milli Məclisin sabiq üzvü, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu şair Zəlimxan Yaqubla bir xatirəsi barədə Gununsesi.info-ya məktub yollayıb. Sabiq millət vəkilinin redaksiyamıza yolladığı məktubda xalq şairi Zəlimxan Yaqubun heç yerdə dərc olunmayan bir şeiri də əks olunub.
Həmin məktubu və şeiri təqdim edirik:
Ustad şairimiz Zəlimxan Yaqubla çox dərin olmasa da, şirin bir dostluğumuz vardı. Zarafatı sevən adam idi. Hər kəlmə sözə də həmən bir lətifəsi hazır idi. Xoş söhbətlərimizin birində dedim ki, "bu lətifələrin əl-ayağını yığışdırıb, bir kitab halına sal”. Rəhmətlik güldü və təklifimlə razılaşmayıb, "Sabiroğlu, gör başıma oyun aça bilirsənmi?”- deyə cavab verdi.
Milli Məclisin foyesindəki bu söhbətimiz zamanı qənirsiz bir gözəl nazlana-nazlana çayxanaya doğru gedirdi… Zəlimxanın gözləri ona dikildi və birdən yerindən qalxaraq dedi ki, "Dur gedək iclasa…” Getdik, amma, deyəsən, Zəlimxan hələ o gözəlin cazibəsindən ayrıla bilməmişdi.
Bu yaxınlarda arxivimə əl gəzdirərkən Zəlimxan Yaqubun həmin günkü söhbətimizdən sonra qələmə aldığı və heç yerdə indiyəcən çap edilməyən misraları gözümə dəydi. Fikirləşdim ki, bu şeiri arxivdə çürütməyin yeri yoxdur. Ona görə də 18 il əvvəl öz dəst-xətti ilə yazdığı həmin misraları diqqətinizə təqdim edirəm və elə bilirəm ki, bununla Zəlimxanın ruhunu şad etmiş olaram:
Qara geyinən gözəlim,
Üzün ağına qurbanam.
Dodaqların şərbətinə,
Qaşın tağına qurbanam.
Qanımı tökdün oxunan
Uduzar sənə taxınan
Qara xalına toxunan
Boyun bağına qurbanam.
Sənə qurban, səs də, can da
Lap üstəlik Zəlimxan da.
Öldür məni bircə anda,
Bal dodağına qurbanam.Zəlimxan Yaqub Milli Məclisdə kimə aşiq olub?-ELDAR SABİROĞLU ÖTƏN İLLƏRİN SİRRİNİ AÇDI