Şəfəqə Doğru » Manşet » Polislər milyonları kövrəltdilər - VİDEO - FOTO

Polislər milyonları kövrəltdilər - VİDEO - FOTO

Polislər milyonları kövrəltdilər - VİDEO - FOTO

Anhelin əynində polis zabitinin forması vardı.

Beynində diffuzor daxili qlioma şişi olan balaca oğlan Delaver ştatının polis Departamentinin qərarı ilə bir gün müddətinə polis kapitanı təyin olunmuşdu.

"Oğlumun arzusu çin oldu. O, "böyüyəndə polis zabiti olmaq istəyirəm" söyləyir", - Sandra Qutyerres söyləyib.
Samora ilə yanaşı, polis maşınlarında onun valideynləri və bacısı vardı. Polislər Zamora ailəsini Nyuportdakı "Carousel Park & Equestrian Center"dən gətirmişdilər.

Nyu Kaslın polis rəisi Elmer Settinqin dediyinə görə, Balaca Anhel polis kapitanıdır. Bu "təyinat" barədə əmri sıraya düzülmüş polislər qarşısında şerif Tom Qordon oxuyub.

Anhelə polis nişanı və medal da verilib.
Balaca Anhelin arzusunu Filadelfiya ştatındakı "Make-A-Wish Foundation" reallaşdırıb.

Fondun əməkdaşları və polislər Anhelin gəlişinə bir həftə hazırlaşmışdılar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polislər milyonları kövrəltdilər - 1