Şəfəqə Doğru » Manşet » "Gah deyirlər üç arvadım var, gah deyirlər rüşvət alıram, xəstəxananın aparatını satmışam" - baş həkim

"Gah deyirlər üç arvadım var, gah deyirlər rüşvət alıram, xəstəxananın aparatını satmışam" - baş həkim

Azərbaycanda yeganə baş həkiməm ki, həkimlərdən faiz almıram.

Shafaqadogru.com Dia.az-a istinadən  xəbər verir ki, bu sözləri Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev barəsində səsləndirilən ittihamlara cavab olaraq Ölkə.az-a açıqlamasında deyib. Azərbaycandakı bütün baş həkimlərin işçilərindən faiz aldığını dolayısı ilə bildirən H.Nuriyev haqqında deyilənləri təkzib edib:

"Gah deyirlər üç arvadım var, gah deyirlər rüşvət alıram, xəstəxananın aparatını satmışam. Məgər aparat satılan bilən şeydir?”

Qeyd edək ki, Balakən Mərkəzi Xəstəxanasının bir qrup işçisi "Ölkə.az”a müraciət edərək, baş həkim Hacıömər Nuriyevin rayonun bütün xəstəxanalarını və tibb məntəqələrini özəl biznes qurumu kimi çalışdırdığını, özünə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər vasitəsilə xəstələrə baha qiymətə dərman və tibb ləvazimatlar satdırdığını, Ginekologiya şöbəsindəki ən müasir USM aparatını satdığını iddia ediblər.
Dia.az xəbər verir ki, bu sözləri Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev barəsində səsləndirilən ittihamlara cavab olaraq Ölkə.az-a açıqlamasında deyib. Azərbaycandakı bütün baş həkimlərin işçilərindən faiz aldığını dolayısı ilə bildirən H.Nuriyev haqqında deyilənləri təkzib edib: