Şəfəqə Doğru » Manşet » Bu gün banklar dolların kursunu qaldırıblar

Bu gün banklar dolların kursunu qaldırıblar

Bu gün banklar dolların kursunu qaldırıblar

 Dolların qiymətini az sayda bank cüzi aşağı salıb. Bir sıra bank dolların alış və satış qiymətini dəyişməyiblər.

Qeyd edək ki, Mərkəzi Bank və Neft Fondu son iki hərracda banklara 378,1 milyon dollar satmış, bundan sonra dolların ucuzlaşmağa başlamışdı.

Mərkəzi Bank dolların rəsmi məzənnəsinin aşağı düşdüyünü açıqlasa da, banklarda dolların alış və satış qiymətləri artır.

"Marja” xəbər verir ki, bazar ertəsindən etibarən banklar dolların qiymətini artırıblar. Məsələn, ötən cümə günü 1 dolları 1.6250 alan və 1.6500-dan satan Amrahbank, bu gün kursu "alış:1.6350 manat, satış: 1.6530 manat” səviyyəsində müəyyən edib.

Həmçinin ötən cümə günü dolları 1.6300-dan alan və 1.6500-dan satan Bank of Baku, bu gün 1 dolları 1.6350 manatdan alır, 1.6650 manatdan satır.