Şəfəqə Doğru » Manşet » QAZAXIN AĞKÖYNƏK KƏNDİNDƏ QABİL MUSAYEV “MAXİNASİYASI”

QAZAXIN AĞKÖYNƏK KƏNDİNDƏ QABİL MUSAYEV “MAXİNASİYASI”

QAZAXIN AĞKÖYNƏK KƏNDİNDƏ QABİL MUSAYEV “MAXİNASİYASI”

Bu şərəfli ad xüsusilə onun yaşadığı Ağköynək əhalisinə və onunla iş birliyi quran vəzifəli şəxslərə daha yaxşı məlumdu. Qabil Musayev Ağköynək kəndinin içərisində böyük bir mal ferması yaradıb. Arıq malların kəsintisi ilə məşğul olaraq ətini Qazax şəhər uşaq bağçalarına sırıyır. Deyilənə görə "balaca” sahibkarda xüsusilə xəstə heyvanlar olur. Bağçalara ət kəsimi ilə əlaqədar bu adam guya tenderdə qalib gəlib. Halbuki, onun və ona rəvac verən şəxslərin tenderdə qalib gəlməsi də tamamilə saxtadır. Hər şeydən əvvəl gələciyimiz hesab edilən uşaqların qida məhsulları təmiz olmalıdır. Lakin Qabil Musayevin fermasında antisanitariya şəraiti hökm sürür. Orada çalışan fəhlələrin birinin də əmək müqaviləsi yoxdur. Bundan əlavə, xüsusi geyimlərdən də istifadə edilmir və təhlükəsizlik qaydalarına  əməl edilmir. Qabil Musayevin və ona dayaq duran  vəzifəli şəxslərin marağı isə yalnız şəxsi mənafelərindədi.

 

 Sahibkarların fəaliyyətinin yoxlanılmasının müvəqqəti dayandırılması da Qabil Musayevin bəxtinə düşüb. Ancaq bu o demək deyil ki, səalhiyyətlərindən sui istifadə edəsən?

 

 Buna görə neçə ki, gec deyil, bu "balaca” sahibkara qarşı qəti fikir söylənilməlidi.

 

 Mövzuya qayıdacağıq.

Shafaqadogru.com Dövrün Nəbzinə istinadən bildirir.

 

                                                                                                                Elton