Şəfəqə Doğru » Manşet » RAYONLARA SABAH DA QAR YAĞACAQ

RAYONLARA SABAH DA QAR YAĞACAQ

RAYONLARA SABAH DA QAR YAĞACAQ

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə isə oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.