Şəfəqə Doğru » Manşet » Rövşən Lənkəranskinin qətlinin üstü AÇILDI

Rövşən Lənkəranskinin qətlinin üstü AÇILDI

Rövşən Lənkəranskinin qətlinin üstü AÇILDI

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələnməsi ilə bağlı yeni məlumat yayıb.

Shafaqadogru.com saytı xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bu barədə Rusiyanın "Rosbalt” agentliyinə danışıb.

O bildirib ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.

Mənbə qeyd edib ki, Rusiya xəfiyyələri operativ yolla bu cinayətin açılmasını praktiki olaraq bacarıblar.

"Bütün bunlar Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub olub. Məlum olub ki, Şamiloğlunun aradan götürülməsi üçün Rövşən Canıyevin qruplaşmasından iki killer cəlb olunub. Xəfiyyələr onu da aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş”-deyə o əlavə edib.

Qeyd edək ki, Rövşən Lənkəranski avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində güllələnib. O, şəhərin "Barbaros” bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Rövşən Lənkəranski 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. O, gənc yaşlarında atasının qatilini məhkəmə zalında güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan”ın qətlindən sonra – 2013-cü ildə Dubaya (Birləşmiş Ərəb Əmirliyinə) getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.