Şəfəqə Doğru » Manşet » Bu şəxslər ölkədən çıxa bilməyəcəklər - QADAĞA

Bu şəxslər ölkədən çıxa bilməyəcəklər - QADAĞA

Bu şəxslər ölkədən çıxa bilməyəcəklər - QADAĞA

Siyahıda ümumilikdə 370 nəfər fiziki, 658 nəfər isə hüquqi şəxsin adı yer alıb.

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin 01.11.2016-cı il tarixinə yenilənmiş siyahısını açıqlayıb. 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə oxu.az-a nazirlikdən bildirilib. 

Nazirlikdən qeyd edilib ki, borclar tam ödənməyənə qədər belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir:

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir", - deyə nazirlikdən qeyd edilib. 

Yenilənmiş siyahı ilə aşağıdakı linkdən tanış olmaq olar: