Şəfəqə Doğru » Manşet » “Bütün hallarda siqaretlərin qiymətinin artmasını istəyirəm” – Eyyub Hüseynov

“Bütün hallarda siqaretlərin qiymətinin artmasını istəyirəm” – Eyyub Hüseynov

“Bütün hallarda siqaretlərin qiymətinin artmasını istəyirəm” – Eyyub Hüseynov
Bu sözləri siqaretlərin qiymətlərinin bahalaşmasına münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq kı, dünən Azərbaycanda bəzi siqaretlərin qiyməti  təqribən 5-17% artıb. Satış mərkəzləri buna səbəb kimi dolların manata nisbətən hər gün bahalaşmasını göstərirlər. Bəzi iddilara görə isə ölkəyə siqaret gətirən monopolistlər mövcud vəziyyətdən sui-istifadə edirlər? 

Bu mövzu ilə bağlı Azad İslehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Eyyub Hüseynov: "Bir təşkilatın sədri olaraq monopolistlərin və ya bu işi həyata keçirən insanların tərəfdarıyam ki, siqaretin qiymətini çox qaldırsınlar”.


Azərbaycanda təhlükəli maddələr miqdarı yüksək olan siqaretlərin istehsal edildiyini vurğulayan Eyyub Hüseynova görə, bu siqaretlər daha çox azyaşlı uşaqlara ucuz qiymətə satılır:

"Azad İstehlakçılar Birliyi və tütün məmulatlarına qarşı mübarizə aparan bir təşkilatın rəhbəri olaraq, mən  siqaretlərin qiymətinin bütün hallarda artmasını istəyirəm. Elə etmək lazımdır ki, hər insanın siqaret almağa əl yetərliliyi olmasın. İndiki vəziyyətdən istifadə edən Şəkidə "Mehdi” firması ilə "Azəri” korporasiyası birlikdə heç bir sertifikatı olmayan, 50 qəpiklik siqaretlər istehsal edirlər. Bu siqaretlər filtrsiz və çox təhlükəlidir. 

Ümumi baxımdan isə həm filtrli, həm də filtrsiz siqaretlər çox ziyanlıdır. Şəkidə qiymətlərin bahalaşmasından istifadə edərək uşaqlar üçün siqaret istehsal olunur. Valideynlər bu məsələ ilə bağlı bizimlə əlaqə saxlayırlar və qarşısının alınmasını istəyirlər. Mən Şəkidə istehsal olan siqaretlərin xarici ekspertizasını keçirdim və məlum oldu ki, bu siqaretlərdə təhlükəli maddələrin miqdarı 67% çoxdur. Bu barədə dövlət orqanları arasında məsələ qaldırmışam. Guya bu siqaretlərin istehsalı dayandırılıb, amma əslində şəhərin mərkəzində, Süleyman Rəhimov 188 ünvanında bu siqaretlər satılır. Kiçik yaşlı uşaqlar bu siqareti 50 qəpiyə alıb çəkirlər. 

"Təklükəli siqaretlərin istehsalı ilə bağlı müraciət etdiyiniz aiddiyyatı qurumlar nə üçün bunun qarşısını almırlar?” sualına isə ekspert bildirib ki, dövlət orqanları bu vəziyyətdən agah olsalar da, qarşısını almaq istəmirlər:

"Mən nəinki hüquq-mühafizə orqanlarına, həmçinin Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə bu məsələ ilə bağlı məktublar yazmışam. Qeyd etmişəm ki, cənab prezident 2015-ci il 23 fevral tarixində qeyri-infeksion xəstəliklərin azaldılmasına dair  strategiya sənəd imzalayıb. Həmin sənəddə Səhiyyə Nazirliyinin siqaret çəkilməsini  2015-ci ildən 2020-ci ilə qədər 10% azaldılması nəzərdə tutulub. Lakin 10% azaltmaq əvəzinə, artıb. Çünki saxta sertifikatla ölkəyə siqaret gətirən saxtakarlar iş başındadırlar. Bunu bütün dövlət orqanları bilir. Elə Süleyman Rəhimov 188 ünvanında da topdansatış yerində siqaretlər kiçik yaşlı uşaqlara 50 qəpikdən satılır.

Mən istehlakçı hüquqlarını qoruyan bir təşkilatın sədri olaraq monopolistlərin və ya bu işi həyata keçirən insanların tərəfdarıyam ki, siqaretin qiymətini çox qaldırsınlar”.