Şəfəqə Doğru » Manşet » Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər

Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər

Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər
Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi gələn həftədən azala bilər. 

"Report"un analitik qrupu bildirir ki, buna səbəb bu həftə keçirilən sonuncu valyuta hərracında məzənnənin artım tempinin zəifləyərək 0,0021 qəpiyə düşməsi ilə bağlıdır.
Bundan başqa, dolların məzənnəsinə bir neçə gün bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun açıqlamalarının da təsir edəcəyi gözlənilir. Belə ki, E.Rüstəmov dolların məzənnəsindəki cari hərəkətin neftin 45-50 dollar/barel qiymətinə uyğunlaşdırıldığını bildirib. Son iki gündə isə Azərbaycan neftinin dünya bazarında qiyməti 55 dollar/barel səviyyəsini ötüb və bu tendensiyanın yaxın vaxtlarda davam etməsi gözlənilir. Analitik qrup neftin qiymətinin 3-6 ay ərzində 50 dollardan yuxarı həddə olacağını ehtimal edir.
"Dolların rəsmi məzənnəsinin ilin sonunadək 1,70 AZN/USD səviyyəsindən aşağı düşəcəyi istisna edilmir. Belə olarsa, nağd valyuta bazarında da dolların 1,70 AZN/USD-yəkimi geriləməsi mümkün görünür", - deyə analitiklər əlavə ediblər.