Şəfəqə Doğru » Manşet » Şamaxının icra başçısı sahibkarları nədən narazı salıb? - ETİRAZ VAR

Şamaxının icra başçısı sahibkarları nədən narazı salıb? - ETİRAZ VAR

Şamaxının icra başçısı sahibkarları nədən narazı salıb? - ETİRAZ VAR
Şamaxı rayon icra hakimiyyətinin başçısı postuna təyin olunandan bəri yerli sahibkarlarla zaman-zaman müxtəlif problemlər yaşayan Asif Ağayevin başı yenə də eyni qaydada problem içindədir. DİA.AZ-a müraciət edən yerli sahibkarlar bildirir ki, dəfələrlə icra başçısının haqsız təzyiqlərindən müxtəlif instansiyalara müraciət etəsələr də, Asif Ağayev onların "səslərini batıra bilib".

Sahibkarların dia.az-a söylədikləri: "Asif Ağöayev rayonda rəsmən öz qaydalarını diqtə edir. Şamaxıda sahibkarların dizi yerə gəlib. Hara şikayət edirik, baxan yoxdur. Məcburuq ki, şakayətimizi başçıya birbaşa çatdıraq. Ona görə də Asif Ağayevdən görüş tələb etdik. Amma başçı bizdən qaçır".

Sahibkarla bildirir ki, əgər bu həftə də onlara yerli icra hakimiyyəti tərəfindən olumlu cavab verilməzsə, məcbur qalıb, Bakıya yürüş edəcəklər.

Mövzu diqqətimizdədir. Şamaxı RİH-in mövqeyini də işıqlandırmağa hazırıq.