Şəfəqə Doğru » Manşet » İsmayıllının icra başçısına qarşı saxta ittiham - Reaksiya

İsmayıllının icra başçısına qarşı saxta ittiham - Reaksiya

İsmayıllının icra başçısına qarşı saxta ittiham - Reaksiya
Bu arada bəzi saytlarda İsmayıllı rayonunun Mican adlanan ərazisində Qarabağ müharibəsinin şəhidi, əslən Mican kəndindən olan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun xatirə abidəsinin önündən çirkab suların axdığı deyilərək iddia olunan bir məlumat yerləşdirilib.

Shafaqadogru.com DİA.AZ-a istinadən  bildirilir ki, məlumatda hətta vidematerial da yerləşdirilib və toxunulan "problem"dən rayonun icra başçısı Mirdaməd Sadıqovun xəbərdar olduğu, lakin tədbir görmədiyi də bəh-bəhləqeyd olunub.

 

Bəlkə də bu məsələyə heç bir reaksiya verməyəcəkdik. Yəni sıradan bir qarayaxma nümunəsi kimi yanaşıb, üstündən keçmək də olardı. Amma bir məqam diqqətimizi çəkdiyindən oxucularımızla paylaşmaq qərarına gəldik.

Elə "tənqidçinin" videomaterialından da aydın şəkildə görünür ki, qeyd olunan ittiham absurdur. Yəni "çirkab sularının" axıdıldığı deyilən arx - yağışlıq elə təyinatı üzrə istifadə olunmaqdadır. Yəni təzəcə qarların əridiyi İsmayıllıda həmin səliqəli şəkildə qurulmuş yağışlıqdan məqsədəuyğun şəkildə istifadə olunur.

Şəhidin adını daşıyan bulaq isə yağışlıqdan yetərincə aralı məsafədə yerləşir və bulaq kompleksi də kifayət qədər abad durumdadır. Görünür, "tənqidçi" məhz başçını hədəfə gətirməsi üçün məhz elə sel-yağış sularının axıdılması üçün nəzərdə tutulan arxı uzun müddət müşaiyət etməkdə də daha çox yanlış təəssürat yaratmağa çalışıb. Əslində isə videomaterial heç də başçının əleyhinə deyil.

Sadəcə olaraq, bunları qeyd etmək zərurəti hiss etdik və fikrimizi bir ifadə ilə bitirmək istəyirik: Tənqid gözəl bir şeydir, amma sağlam olarsa...

ZAUR - dia.az