Şəfəqə Doğru » Manşet » Qənirə Ataşova Azərbaycanı tərk etməsindən danışdı

Qənirə Ataşova Azərbaycanı tərk etməsindən danışdı

Qənirə Ataşova Azərbaycanı tərk etməsindən danışdı

ANS-in sabiq əməkdaşı hansı ölkəyə gedib?

 


Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Shafaqadogru.com xəbər verir ki, aparıcı musavat.com-a açıqlamasında məlumatı təsdiqləyib. O, bildirib ki, hazırda Misirə uçur, oradan isə İstanbula gedəcək.

Onu da xatırladaq ki, bundan əvvəl teleaparıcı açıqlama verərək bildirmişdi ki, Türkiyənin İstanbul şəhərindən ona iş təklifi gəlib, lakin ora getmək üçün Azərbaycandan buraxılması lazımdır.

Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda "Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.