Şəfəqə Doğru » Manşet » Qazax polisi oğrulara dəstək verir?

Qazax polisi oğrulara dəstək verir?

Qazax polisi oğrulara dəstək verir?

                                               

 

        Dünən redaksiyamıza Qazax rayon Xılxına kənd sakini İsmayılov Xanlar Murad oğlu tərəfindən müraciət daxil olmuşur.

       Müraciətdə X.İzmayılov 11.12.2016-cı ildə rayonun Ağstafa çay kənarındakı mal bazarının aftomobil dayanacağında öz vaz 07 markalı aftomobilini park edərək ,oğlu ilə birlikdə bazara satmağa gətirdikləri qoyunları satıncaya qədər  ki,bir saatlıq zaman kəsiyində maşının yanına döndükdə, akkumyatorunun "Pioner”markalı maqintafonunun  və iki ədəd səsgücləndiricisinin sökülüb oğurlandığını görüb.Xanlar aftomobilini park edərkən, arxa tərəfdə yaxından tanıdığı  polis çavuşu Nadirin(soyadlarını bilmirik) mülki geyimdə və Əmir adlı çavuşun  dayanıb ona baxdığını da, gördüyünü deyir.Başına gələnlərin nə demək olduğunu adı çəkilən polis əməkdaşlarından soruşan Xanlar İsmayılova "biz sənin maşınınımı gözləıyirik, "deyə cavablandırmışlar?Hadisə yerinə gələn sahə müvəkgilinə X.İsmayılov məsələni açıqlamış və bir şeylər etməsini tələb etmişdir.Lakin, sahə müvvəkgili Elşən Qurbanov ,çavuş və serjantın dediklərindən fərqli olaraq,əşşi neynəsin millət acdır dəə... deyə,sanki onu soluxlandırmağa çalışmışdır.

Onlardan bir şey  çıxmadığını görən X .İsmayılov 102-yə zəng etmişdir.Aftomobilinin yanında saatlarla polisdən gəlib, əl izlərini götürəcəklərini gözləyən Xanlara nəhayət polis şöbəsindən bir neçə saat sonra polis mayoru baş təhqiqatçı Ceyhun Ələkbərovdan telefon zəngi gəlir və polis idarəsinə gəlib şilayyət ərizəsi yazmasını məsləhət görüb.Xanlar İsmayılov elədə etməli olub.Sonra isə, get gözlə gəlib əl izlərini götürəcəyik demişdir.Lakin ,sanki bilərəkdən uzun zaman yəni, bir neçə saatdan sonra bunu etməyə gəlmiş və aftomobilə çox əl dəymiş deyə ,etməmişlər.17.12.2016-cı il tarixində isə X.İsmayılova polis şöbəsinin baş təhqiqtçısı C.Ələkbərov tərəfindən cavab göndərilmiş ki,cavabda  dəyən zərərin məbləğinin  100 (yüz)manatdan az olmasını nəzərə alaraq,cinayyət işinin açılması rədd edilir yazılmışdır.Beləki,C.Ələkbərov oğurlanmış akkulmlyatora 80(səksən) manat olduğu halda 45 (qırx beş),maqnitafona qiyməti ən azı ( yüz)100 manatdan artıq olduğu halda (qırx)40 manat,səsyüksəldiciləri də heç nəzərə almadan dəyərləndirərək,umumi dəyəri yüz manatdan aşağı salmışlar ki,işdə cinayət olmadığını əsaslandırsınlar.

 Qazax rayon polis şöbəsindən verilən cavaba əsasən ,baş vermiş oğurluq hadisəsində cinayət tərkibinin yaranması üçün oğurluq nəticəsində zərər çəkmiş şəxsə xeyli miqdar ,yəni yüz (100)manatdan artıq,lakin üç min(3000)manatdan yuxarı olmayan məbləğdə ziyan dəyməlidir.

  Çox maraqlı tendensiyadır. Belə çıxır ki,kim istəsə hər hansı birinin avtomobilinin təkərini,maqnitafonunu yaxud da,akkumlyatorunu söküb aparsın,maşın sahibləri də,istənilən şəkildə sənin avtomobilinin hissələri istismara məruz qalmış köhnəlib deyə,polis təhqiqatçısı tərəfindən istənilən formada yəni,C.Ələkbərov kimi ucuz qiymət qoyulsun ki,yüz manata qədər cinayət tərkibi yoxdur, xırda talamadir.Əvvəla adama deyərlər sən hardan bilirsən köhnə idi yaxud,istismara  məruz qalmış idi.Lap elə deyək elədir. Bəs mən yerinə o qiymətə yenisini haradan tapib alım?İkincisi bu oğru heç,bir cəza almalı deyilmi? Dolayısıyla,  bu oğruya, cinayətkara üz vermək,şərait yaratmaq deyilmi?

  Bu necə qanundur ki,adam oğurluq eləyir ,soyğunçuluq eləyir  amma,o axtarılmır və cəzalandırılmır?

  Nə gözəl işdir.O zaman iqtisadiyyatımızın zəif olduğu bir zamanda hər kəs belə öğruluqla yaşasın və cəzasız qalsın.Onda ölkəmiz xırda öğrular ölkəsinə çevrilər ki.

 Zərər çəkmiş X.İsmayılov haqlı olaraq, adı çəkilən polis əməkdaşlarının, xüsusəndə bazarda işləyənlərin mal bazarındakı oğrularla əlbir olduğu qənaətindədir.Eləcə də, 14 dekabr 2016-cı ildə CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə qərar verən Qazax RPŞ rəhbərliyi. X.İsmayılov ərizəsində onu da bildirir ki, məhz sahə müvəkkilinin özünün deməsi ki,mal bazarında bu 4-cü oğurluq  hadisəsidir.

Maraqlıdır. Az müddətdə 4 oğurluq hadisəsi baş verirsə, üç nəfər polis əməkdaşı orada nə edir. Hansı asayışı qoruyur. Xanlar İsmayılov isə, Ölkə prezidenti başda olmaqla, DİN, Baş Prokurorluq və S.qurumlara müraciət etməsinə baxmayaraq, hələ də şikayətinə, dərdinə bir çarə olunmadığını deyir və redaksiyamızdan bu çəkdiklərinə qəzetimizdə yazmaqla pozulmuş hüquqlarına yardımçı olmamızı xahiş edir.

Biz yazdıq, ümidvarıq aidiyyatı qurumlar da hicabına baxarlar.

Düşünürəm ki, Daxili İşlər Nazirimiz R.Yusibovun bu işdən xəbəri olsa,X.İsmayılovun  zərəri də ödənmiş olardı, cinayətkarlarda yaxalanardı və X.İsmayılovun avtomobilindən oğurlanan hissələr də doğru dəyərləndirilərdi.

Qarşı tərəfin fikrini də. Dərc etməyə hazırıq.

 

                                                                                                       Fəridə.