Şəfəqə Doğru » Manşet » "Müstəntiqə dedim ki,88 -ci ildəmn ifadə verirəm..." - İsa Qəmbərdən prokurorluqdakı dindirilməylə bağlı açıqlama

"Müstəntiqə dedim ki,88 -ci ildəmn ifadə verirəm..." - İsa Qəmbərdən prokurorluqdakı dindirilməylə bağlı açıqlama

"Müstəntiqə dedim ki,88 -ci ildəmn ifadə verirəm..." - İsa Qəmbərdən prokurorluqdakı dindirilməylə bağlı açıqlama
Bu gün, fevralın 27-si Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqan Arif Hacılı da prokurorluqda dindirilib.

İsa Qəmbər və Arif Hacılı artıq prokurorluqdan çıxıb.

 O, jurnalistlərə dindirilməsi ilə bağlı bunları deyib:«Əgər, prokurorluqda dedikləri kimi, saxta sənədləri hazırlayanları ifşa edəcəklərsə, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan hiss olunur ki, məsələnin mahiyyətini qoyub Müsavat Partiyasına müəyyən təzyiqlər etmək istəyirlər. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub».

İsa Qəmbər deyib ki, hər şeyi zaman göstərəcək: «Suallar elədir ki, onun ardınca saxta sənədləri verənlərin ifşası da mümkündür, Müsavata təzyiqlər də. Hansı olacaq, bunu zaman göstərəcək».

İsa Qəmbərin deməsinə görə, dindirilmə protokolunda tərcümeyi-halına aid qeyd edilib ki, o, 1988-ci ildən siyasətlə məşğuldur: «Mən müstəntiqə də dedim. 88-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur».

Fevralın 25-də isə Müsavat Partiyası Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı prokurorluqda ifadə vermişdi.

Xatırladaq ki, «Prokurorluq iddia edir ki, kimlərsə saxta sənədlərlə mühacir statusu alır və buna görə Müsavat Partiyasını da təqsirləndirmək istəyirlər»,- ifadə verdikdən sonra o, qeyd etmişdi.

Gülağa Aslanlı deyirdi ki, dindirilməsi prokurorluqda «saxta sənədlərlə mühacir statusu almaq istəyənlərin işi» adlanan məsələ ilə bağlıdır: «Biz hələ 2015-ci ildə bu məsələ qaldırılanda, bizə qarşı ittihamlar olanda, məhkəməyə müraciət etdik və məhkəmə də bizim xeyrimizə qərar çıxardı. Amma buna baxmayaraq, prokurorluq bu işi davam etdirir»