Şəfəqə Doğru » Manşet » Orta məktəbin həyətində intihar - BAKIDA

Orta məktəbin həyətində intihar - BAKIDA

Orta məktəbin həyətində intihar - BAKIDA
Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.

Shafaqadogru.com  trend-ə istinadən yazır ki, bu barədə Nizami rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.