Şəfəqə Doğru » Manşet » 31 yaşlı Azər İmanquliyev prorektor təyin edildi - Nazirin əmri ilə

31 yaşlı Azər İmanquliyev prorektor təyin edildi - Nazirin əmri ilə

31 yaşlı Azər İmanquliyev prorektor təyin edildi - Nazirin əmri ilə
Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. 

"Shafaqadogru.com Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. 

Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur. 

O, bakalavriat təhsilini Qafqaz univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.
31 yaşlı Azər İmanquliyev prorektor təyin edildi - Nazirin əmri ilə