Şəfəqə Doğru » Manşet » Sərvər Mehrəliyev vəfat etdi

Sərvər Mehrəliyev vəfat etdi

Sərvər Mehrəliyev vəfat etdi
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.

Shafaqadogru.com bakipost.az-a istinadla xəbər verir ki, general qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.