Şəfəqə Doğru » Manşet » GDU-da rektor Elmar Vəliyevə savaş açıb - İTTİHAM

GDU-da rektor Elmar Vəliyevə savaş açıb - İTTİHAM

GDU-da rektor Elmar Vəliyevə savaş açıb - İTTİHAM
Redaksiyamıza Gәncә Dövlәt Universitetinin qocaman professoru tәrәfindәn maraqlı mәlumat daxil olub. Saytımıza danışan vә adının açıqlanmasını istәmәyәn professorun dediyinә görә, hazırda Universitetә rektorluq edәn Yusif Yusifov idarәçiliyi dönәmindә adıçәkilәn tәhsil ocağında qeyri¬adi hadisәlәrin sayı artıb. Gәncә Dövlәt Universiteti son illәrdә elmi nailiyyәtlәrini kәnara qoyub, daha çox qalmaqallarla dolu, neqativ vә biabırçı hadisәlәrin ünvanına çevrilib. Mәnbәnin saytımıza mәlumatına görә, burada müәllimlәr arasında aşkarca aşiq¬mәşuqә sәhnәlәrindәn tutmuş, әn ağlasığmaz rüşvәtxorluq vә korrupsiya halları Universitetin gәlәcәk mәzunlarında (tәlәbәlәrdә¬red) mәnfi örnәyә çevrilib. Professor baş verәn özbaşınalıqların sәbәbini ilk öncә rektorda vә onun havadarlarında axtarmağı mәslәhәt görür. Mәnbәnin mәlumatına görә, rektor qeyri rәsmi iclaslarda özünә yaxın müәllim vә professor heyәtinә Gәncәnin İcra başçısı Elmar Vәliyev barәdә xoşagәlmәz fikirlәr paylaşır. Rektor icra başçısının әvvәlki rektorların zamanında mütamadi GDU¬nu ziyarәt etdiyini xatırladaraq, onun tәyinatından sonra Vәliyevin universitetә bir dәfә dә olsun sәmimi qonaq kimi gәlmәdiyini, Universitetdәki problemlәrlә heç vaxt maraqlanmadığını, şәhәrdә görülәn işlәr adı altında ona "ağır maddi öhdәliklәr” yüklәdiyini qabardaraq "Qara piar”a başlayıb. Mәlumata görә, rektor yuxarı himayәdarlarına da Elmar Vәliyevdәn şikayәt edib. "Demokratik.Az”¬a danışan professor deyir ki, Elmar Vәliyevin universiteti ziyarәt etmәmәsi Yusifovun özbaşınalıqlarına qol qanad versә dә, Yusifov bunu başqa cür tәbliğ edәrәk himayәdarlarının güclü olduğuna işarә edir. 
Bir dә, Elmar Vәliyevin biganәliyini özünә kin bәslәmәsi ilә izah edir. Mәnbәnin dediyinә görә, rektor belә bir fikir sәslәndirib: ¬ "ELMAR VӘLİYEV BİZİM UNİVERSİTETӘ MӘNӘ KİNİNӘ GÖRӘ GӘLMİR" . 
Rektorun sayıqlamaları barәdә artıq Elmar Vәliyev dә mәlumatlıdır. Hәtta icra başçısı hәr gün Universitetә gәlib¬gedәn xanım deputat Pәrvin Kәrimzadә vasitәsilә Yusifova "ağıllı ol” mesajı da göndәrib. Mәnbәmizin dediyinә görә, son illәrdә adı qalmaqaldan sәngimәyәn rektor Yusif Yusibov sadәcә "marionetka”dır. Әslindә Universitet ölkәnin iki mühüm nazirliyindә söz sahibliyi edәn mәşhur Azәr vә Cehun Bayramov qardaşlarının birbaşa himayәdarlığındadır vә Elmar Vәliyevә qarşı danışan Yusifov elә himayәdarlarının dilindәn danışır. Mәlumdur ki, Maliyyә Nazirliyindә büdcә vәsaitlәrinin xәrclәnmәsinә nәzarәt funksiyasını hәyata keçirәn mәsul şәxsin (Cavanşir Yusifovunred) rektorla qardaş olması mәsәlәnin daha ciddi olduğundan xәbәr verir. Bu fikirlәr yeni olmasa da rektor Yusifovu mәğlubedilmәz edәn özü yox, adıçәkilәn iri mәmurlardır. Bu sәbәbdәn, GDU¬da әn üst sәviyyәdә bir "YUSİFOV QALASI” inşa edilmәsi kimi amillәr ilk yada düşәndir. Mәlumata әsasәn Universiteti әslindә Yusifov deyil, birbaşa Tәhsil Nazirinin müavini Cehun Bayramov idarә edir. Baxmayaraq ki,Universitetin möhürü Yusifovdadır vә o hәlә dә rektor kimi maaş alır... (araşdırmalarımız davam edir) ”Demokratik.Az” 
Adıçәkilәn hәr kәsin söz haqqı var!