Şəfəqə Doğru » Manşet » Bu tərəvəz mədə xərçəngini məhv edir

Bu tərəvəz mədə xərçəngini məhv edir

Bu tərəvəz mədə xərçəngini məhv edir
İtaliya alimləri aşkar ediblər ki, pomidor ekstraktı mədə xərçəngi zamanı xərçəng hüceyrələrinin inkişafının və çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Sağlamolun.az xəbər verir ki, mədə xərçəngi bütün dünyada ən yayılmış xərçəng növüdür.

Bundan əvvəl aparılmış elmi araşdırmalar pomidorun xərçəng əleyhinə təsirini sübut edib. Lakin belə hesab olunurdu ki, bu təsirə pomidorların tərkibində olan nadir maddə "likopin" cavabdehdir. Son araşdırma isə tam şəkildə pomidorun xərçəng əleyhinə təsirini sübut edib.

Eksperiment zamanı "San-Marsano" və "Korbarino" pomidor sortlarından hazırlanmış ekstrakt xərçəng hüceyrələrinin orqanizm boyu yayılmasına mane olub. Həmçinin pomidor ekstraktı təsirindən xərçəng hüceyrələri inkişaf etmir və məhv olur.

Alimlərin fikrinə görə, araşdırmanın nəticələri xərçəngi müalicə etmək üçün yeni metodikaların axtarışında kömək edəcək.