Şəfəqə Doğru » Manşet » Erməni general: Bakı o qədər silah alıb ki...

Erməni general: Bakı o qədər silah alıb ki...

Erməni general: Bakı o qədər silah alıb ki...
Ermənistan və Azərbaycan arasında qüvvələr balansı artıq çoxdan pozulub. Azərbaycanın o qədər silahı var ki, onunla silah muzeyi açmaq olar.

Shafaqadogru.com  xəbər verir ki, bunu "1in.am” saytına açıqlamasında hərbi cinayətkar, "komandos” ləqəbli erməni general-mayor Arkadi Ter-Tadevosyan söyləyib. Ölkəsinin zəif olmasını bildirən general həm də İrəvanın etnik təmizləmələr aparmasını dolayısıyla etiraf edib:

"Azərbaycan silahı təkcə Rusiyadan yox, Pakistan, Türkiyə və İsraildən də alır. Lakin bizdə olan bir silah onlarda yoxdur. Biz bütün xalqımızla vətənimizi müdafiə edirik, onlar isə çoxmillətlidirlər (bununla da Tadevosyan etnik təmizləmələrlə Ermənistanın özünü monoetnik ölkə etdiyini etiraf edir – Axar.az). Onlar bundan sonra da silah alacaqlar, çünki çox pulları var”.

Rusiya xüsusi xidmət orqanları və Rusiyadakı erməni oliqarxlarla geniş əlaqəsi olan Tadevosyan müsahibəsində həmçinin Moskvanı tənqid etməkdən çəkinib. Onun fikrincə, Rusiyanın Azərbaycana silah satması biznes marağıdır:

"Rusiyanın siyasəti almaq istəyən hər kəsə silah satmaqdır. Burada fərqli fikirlər var. Məncə, Rusiyaya pul lazımdır. Onlar hazırda ağır vəziyyətdədirlər və ona görə də silah satıb gəlir əldə edirlər”.