Şəfəqə Doğru » Manşet » Lənkəranda DƏHŞƏT: 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - YENİLƏNİB - VİDEO

Lənkəranda DƏHŞƏT: 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - YENİLƏNİB - VİDEO

Lənkəranda DƏHŞƏT: 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - YENİLƏNİB - VİDEO

6 günlük qız uşağı öldürülərək 5 metir dərnlikdə olan quyuya atılıb.

 Bildirilir  ki, Lənkəran rayonunun Darquba kəndində körpə uşaq Mələk Nurullayevanın meyiti səhər saatlarında ailə üzüvlər tərəfindən həyətdəki su quyusundan tapılıb. Bakı şəhərində yaşayan Nurullayevlər ailəsi dünən yaxın qohumlarıyla birlikdə Mələkin altı axşamını qeyd etmək üçün Lənkərana gəliblər. Hadisə baş verən gecə isə evdə körpənin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayeva və 10-a yaxın digər yaxın qohumlar olublar. Səhər saat 5 radələrində anası tərəfindən yedizdirildikdən sonra yuxuya gedən Mələk iki saatadan sonra yatdığı yerdən yoxa çıxıb.

Yuxdan oyanan anası və evdə olanlar uşağı yerində görmədikdə onu axdarmağa başlayıblar. Mələyi axtaran ailə üzüvləri 6 günlük körpəni üstü taxta və üç böyük daşla bağlı olan su quyusunda tapıblar.

Körpənin öldürülərək quyuya atıldığını görən ailə dərhal Lənkəran şəhər polis şöbəsinə məlumat verib. Hadisə yerinə gələn hüquq mühavizə orqanlarının əməkdaşları quyudan cıxarılımış Mələyin cansız bədənini Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriblər. Onu da qeyd edək ki, öldürülən körpə ailənin ikinci qız uşağı olub və Mələkdən böyüyünün 4 yaşı var.

Beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasını atası istəyib.

Lənkəranda baş verən bu hadisə sosıal şəbəkələrdə də geniş şəkildə müzakirə obyektinə çevrilib..ailədə 4 ildən sonra yenidən qız uşağının doğulmasına görə, belə bir hadisənin baş verdyini iddia edənlərdə olub.

Hadisənin kim vəya kimlər tərəfindən törədildiyi hüquq mühavizə orqanları tərəfindən araşdırılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Lənkəranda DƏHŞƏT: 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar 

----------