Şəfəqə Doğru » Manşet » Las Veqas qanqsteri multi-milyoner imiş - Şok fakt

Las Veqas qanqsteri multi-milyoner imiş - Şok fakt

Las Veqas qanqsteri multi-milyoner imiş - Şok fakt

Las Veqasda silahlı terror törədən 64 yaşlı Stefan Paddokla bağlı yeni faktlar açıqlanıb.

Shafaqadogru.com  xarici mediaya istinadla xəbər verir ki, 59 nəfərin ölümünə, 500 nəfərin yaralanmasına səbəb olan hücumu törətmiş Paddok Las Veqasdan 128 kilometr aralıda yerləşən Mesquit şəhərində təqaüdçüdür.

O, 1996-cı ildə uşaqları olmadığı üçün həyat yoldaşından boşanıb. 2000-ci ildə Paddok Marilou Danley ilə tanış olub və onunla yaşamağa başlayıb.

Stefanın atası Benyamin Hoskins Paddok bank qarətçisi kimi 1969-1977-ci illərdə həbs həyatı yaşanıb.

Stefanın qardaşı Erikin ifadəsi zamanı dediyi sözlər isə bir çoxlarını heyərə gətirib. O bildirib ki, Stefan multi-milyonerdir və şirkətlərdən birinə sərmayə yatırıb.

Stefanın evinə baxış zamanı çox sayda silah və hərbi sursat, eləcə də partlayıcı hazırlanması üçün maddələr aşkar edilib.

Polis Stefan Paddokun hansısa terror təşkilatına qoşulub-qoşulmaması məsələsini araşdırır.

Qeyd edək ki, hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.