Şəfəqə Doğru » Manşet » ABŞ-ın Zərrab oyunu

ABŞ-ın Zərrab oyunu

ABŞ-ın Zərrab oyunu
Rza Zərrab olayını sadəcə Türkiyə ilə əhatələmək doğru olmaz.

Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O, bu olayın istifadə edilə biləcəyi daha iki sahəni xatırladıb:

"Birincisi, Tramp iqtidarı bu olaydan İrana qarşı istifadə edəcək. Bu çərçivədə Tramp Adminstrasiyasının sərt İran siyasətinə davam etməsi üçün yeni bir səbəb ortaya çıxacaq. Bununla hətta İrana qarşı tətbiq olunan sanksiyalara daha yenilərinin də əlavə olunacağını demək mümkündür. İkincisi isə bu olaydan Birləmiş Ərəb Əmirlikləri də istifadə edə bilər. Məsələn, Zərrab olayı davam edərkən, ya da sonrasında BƏƏ-nin ABŞ-la yeni bir silah və ya ticarət müqaviləsi imzalaması gözləniləndir. Yenə Səudiyyə Ərəbistanı bu olay üzərindən BƏƏ rəhbərliyinə qarşı Livandakı hadisələrə oxşar hərəkətlər edə bilər".