Şəfəqə Doğru » Manşet » Dağıstan: Bütün rus nefti Bakıya gedir

Dağıstan: Bütün rus nefti Bakıya gedir

Dağıstan: Bütün rus nefti Bakıya gedir
Hazırda Mahaçqala limanı Xəzər hövzəsində ən aşağı yük dövriyyəsi olan limandır.

Shafaqadogru.com  xəbə verir ki, bunu Dağıstan Baş nazirinin müavini Şamil İsayev söyləyib.

Onun sözlərinə görə, il ərzində limanın dövriyyəsi 58,3% azalıb. O, azalmanın Qazaxıstandan neft daşımaları üçün kvotanın aşağı salınması və bəzi Rusiya neft şirkətlərinin yüklərinin xarici limanlar vasitəsilə tranzit olunması səbəbindən baş verdiyini bildirib:

"Əgər nəzərə alsaq ki, Mahaçqala birinci növbədə neft yüklərinin daşınması üçün nəzərdə tutulub və Xəzərin bu sahilində Bakıdan başqa bu daşımaları həyata keçirən xüsusi terminal yoxdur, o zaman hər şey aydın olur. Xammal Azərbaycan limanına gedir”.