Şəfəqə Doğru » Manşet » Ərdoğandan gözdağı: Onlar bunun hesabını verəcəklər

Ərdoğandan gözdağı: Onlar bunun hesabını verəcəklər

Ərdoğandan gözdağı: Onlar bunun hesabını verəcəklər
Çətin vəziyyətlərdə səbir edən, Rəbbinə güvənən və birlik olan milləti nə daxildəki, nə də xaricdəki qüvvələr yıxa bilər.

Shafaqadogru,com  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya şəhərində çıxışı zamanı deyib.

"Bəziləri hədəflərini şiddətlə, qanla həyata keçirər. Bəziləri imamı səhər namazına getdiyi vaxt, körpəni qundaqda öldürərək güc nümayiş etdirər. Bəzi qüvvələr müsəlmanların həssas nöqtələrinə toxunub, sərhədlərimizi pozmağa çalışar. Amma unutmayın ki, qətiyyən mübarizədən vaz keçməyəcəyik. Zalımların cinayətləri heç vaxt cəzasız qalmır. Onlar qətliamların, zülmlərin hesabını verəcəklər”, - Ərdoğan bildirib.