Şəfəqə Doğru » Manşet » Ərdoğanla görüşən 15 yaşlı fələstinli həbs edildi 10:36 307

Ərdoğanla görüşən 15 yaşlı fələstinli həbs edildi 10:36 307

Ərdoğanla görüşən 15 yaşlı fələstinli həbs edildi  10:36   307

Qüdsdə müqavimətin simvolu olan 15 yaşlı fələstinli Fevzi Cüneydi İsrail əsgərləri tərəfindən saxlanılıb.

Shafaqadogru.com  xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Cüneydinin bundan əvvəl Türkiyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsi olub.

Atası Məhəmmədin sağlamlığındakı problemlər səbəbindən yenidən Türkiyəyə gəlmək istəyən Cüneydi aeroprotda saxlanılıb.

Polis bölməsində Cüneydidən Ərdoğanla görüş zamanı nə barədə danışdıqlarını soruşublar. Daha sonra yeniyetmə məhkəmə prosesinə qədər ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından sonra başlanan etiraz aksiyaları zamanı həbs edilən Cüneydi Türkiyənin ödədiyi 3 min dollar təzminatdan sonra azadlığa buraxılmışdı.

 


Müəllif: Samir