Şəfəqə Doğru » Manşet »  Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub

 Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub

 Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub
Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova "Report”a açıqlamasında deyib ki, Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızının körpəsi ana bətnində ölü olub.

O qeyd edib ki, anada vaxtı çatmış hamiləlik olub: "Qadın xəstəxanaya daxil olan kimi rahat və sərbəst şəkildə ölü döl bətindən azad olunub. Prosesdən sonra ana bütün müayinələrdən keçib. Müayinələrdə doğum yolları ilə bağlı problem olmayıb. 10 saatdan sonra ananın vəziyyəti qəflətən pisləşib. Ona lazımi reanimasyon tədbirlər göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bir həftəyə meyitlə bağlı analizlərin cavabı məlum olacaq. Yalnız bundan sonra ananın dəqiq ölüm səbəbi müəyyənləşəcək”.