Şəfəqə Doğru » Manşet » Putin dostdur, yoxsa düşmən? – Sandersin cavabı

Putin dostdur, yoxsa düşmən? – Sandersin cavabı

Putin dostdur, yoxsa düşmən? – Sandersin cavabı
Moskva öz mövqeyini dəyişməyənə qədər ABŞ Rusiyaya qarşı sərt davranmaqda davam edəcək.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Ağ Ev təmsilçisi Sara Sanders deyib. O, Putinin Trampla manipulyasiya edib-etmədiyi barədə suala belə cavab verib:

"Ümumiyyətlə götürdükdə, xeyr. Prezident Tramp əvvəllər bəyan etmişdi ki, biz əgər dünyanı təhdid edən terrorizmlə mübarizədə birgə işləyə biləriksə, bunu etməliyik. Ancaq Tramp Rusiyaya qarşı ən sərt fəaliyyəti də bacardığını sübut etdi və bunu bu gün Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda siz bir daha müşahiə etdiniz”.
"Putin dostdur, yoxsa düşmən” sualının cavabında isə Sanders deyib:

"Bunu Rusiya müəyyən etməlidir. Onlar müəyyənləşdirməlidirlər: yaxşı, yoxsa pis aktyor olmaq istəyirlər. Ancaq düşünürəm ki, bizim artıq sərt davranacağımızı siz artıq müəyyən edə bilərsiniz”.

Qryd edək ki, bu gün ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı növbəti sanksiyaları təsdiqləyib. Sanksiya siyahısına 14 fiziki şəxs və 1 təşkilat düşüb.