Şəfəqə Doğru » Manşet » Gənc nazir rüşvətə bulaşmış baş baytarla yolları ayırır: KTN-də korrupsiya çetesi...

Gənc nazir rüşvətə bulaşmış baş baytarla yolları ayırır: KTN-də korrupsiya çetesi...

Gənc nazir rüşvətə bulaşmış baş baytarla yolları ayırır: KTN-də korrupsiya çetesi...
Kənd təsərrüfatı naziri İnam Kərimovun qanunsuz işlərlə məşğul olan Baytarlıq Xidməti rəisi Azər Süleymanovla işləmək istədiyi inandırıcı görünmür

Baş baytar keçmiş nazirin fəaliyyətinə bağlı bir məmurdur və sistemdə bazar, rüşvət şəbəkəsi yaradıb. 

Ümummillilider Heydər Əliyev baytarlıq orqanlarının fəaliyyətinə yüksək qiymət verərək demişdi: "Baytarlıq elə bir sahədir ki, orada işləyənlər daima ayıq, sayıq olmalıdırlar”. 

Ancaq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin başında duran Azər Süleymanov Ulu Öndərin "ayıq, sayıq” olmaq tapşırığını sahibkarlığın inkişafına mane olmaq və sərvət toplamaqla "icra edir”. 

Tender maxinasiyaları və şişirdilmiş qiymətlər 

Büdcədən ayrılmış vəsait hesabına alınan alət və baytarlıq preparatlarının alış qiyməti şişirdilir. Adi bir misal: Avtomat şprisin istehsalçı-zavod tərəfindən satış qiyməti 80-85 manat olduğu halda, 2018-ci ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytarlıq idarələrinə 24.01.2018 ci il 01-03-08 nömrəli bölgü əsasında verilmiş hesab- fakturada həmin şprisin bir ədədi 160 manata sənədləşdirilib. 

Dabaq xəstəliyinin AO Asiya 1 tipinə qarşı vaksinin istehsalçı Şelkovskiy Bioloji Kombinatında min dozasının satış qiyməti (çatdırılma xərci də daxil olmaqla) 170-180 manat oduğu halda, 2016-ci ildə 409 manat və 2018-ci ildə isə min dozası 603 manata sənədləşdirilib. Fərqə diqqət yetirin! 
(Təchizat bazasının (VÖEN1500285191) 2018-ci tarixli hesab-faktura əlimizdədir-red). 

Bəzən də ölkəyə gətirilən dabaq əleyhinə vaksinin flakonun üst etiketini qopardıqda altından vaksinin yararlıq vaxtı keçmiş, seriya, kontrol nömrələri üst etiketi ilə eyni olmayan istehsalçı-zavodun yapışdırdığı əvvəlki etiket çıxır. 

Azər Süleymanovun tələbə yoldaşı, Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi Oktay Həmidov vəzifəsindən sui-istifadə edərək Gəncə şəhərində onun adına açılmış VÖEN ilə iki baytarlıq aptekinə malikdir və dövlətin vəsaitinə alınmış preparatlar satdırır. 

Damazlıq heyvanlar xəstəlikdən qırılır

Azər Süleymanovun başı qara işlərə qarışdığı üçün Prezident İlham Əliyevin şəxsi nəzarətində olan büdcədən ayrılmış milyonlarla manat vəsait hesabına xaricdən alınmış Damazlıq heyvanlar xəstəliyə yoluxaraq tələf oldular. 

Mediadakı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində "sağlam heyvan” kimi büdcədən ayrılan vəsait hesabına xaricdən gətirilən damazlıq heyvanların 40 başında balaatma ilə xarakterizə olan heyvan və insanlar üçün ümumi olan brusellyoz xəstəliyi aşkar edilmişdir. 
Bundan başqa Göygöl rayonunda 35 baş, Salyada 100 baş, Bərdədə 60 baş, Apşeron rayonunun Məhəmmədli kəndində 30 baş, həmçinin digər bölgələrdə 1000 başa qədər fərdi təsərrüfatda saxlanan damazlıq heyvanlar xəstəliklərdən tələf olmuşdu. 

Layihə icra olunmur

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun bu sahədə fəaliyyətsizliyi və reketliklə pul yığdırması nəticəsində baytarlıqda islahatların aparılması arxa plana keçib. 

Sabiq mütəxəssislərin iştirakı ilə hazırlanmış Avropa İttifaqının vəsaiti hesabına layihə dəyəri 2 mln. avro olan Tvinniq Layihəsi çərçivəsində "Dövlət Baytarlıq Xidmətində Kənd Təsərrüfatı Heyvanlarının İdentifikasiyası və Təsərrüfatların Qeydiyyatı Konsepsiyası”nı toz basaraq həyata keçirilmir. 
Bu da Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyən ölkəmizə etimad göstərərək baytarlıq sahəsinə müxtəlif layihələr çərçivəsində vəsait yatıran beynəlxalq təşkilatlar qarşısında utancverici bir haldır.

Saxta müayinələr

Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında (BSEL) 2013-cü ildə də büdcə vəsaiti hesabına alınan milyonlarla dəyəri olan avdanlıq və cihazlar nəzarətsizlik üzündən quraşdırılmamış və toz-torpaq altında xarab olmaqdadır. 
Bu laboratoriyalarda heyvan mənşəli qida məhsullarının spesifik (fiziki-kimyəvi,bakterioloji) müayinələr aparılmadan məhsul sahiblərindən yalnız pul yığılır. 

Mətbu orqanlar isə yazır, yazır... 

Keçmiş nazir Heydər Əsədovun göstərişi ilə A. Süleymanovun qanunsuz fəaliyyəti barədə KİV-də zaman-zaman yer almış silsilə məqalələrə, bir sıra mütəxəssislərin və iş adamlarının onun özbaşınalığından, qanunsuz hərəkətləri barədə Kənd Təsərrüfatı Nazirliyinə göndərilən şikayət xarakterli müraciətlərə baxılmadı. 

PİA.az-da 10.11.2016-cı ildə "Azər Süleymanov bu millətin axrına çıxır” başlığı altında gedən məqalədə deyilir: "Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. 

Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. 

Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir”. 

Ona görə də respublikanın Qusar rayonu kəndlərində malqaraya dabaq əleyhinə vaksin vurulsada, peyvənd vasitəsi keyfiyyətsiz olduğundan 300 başa qədər, həmçinin Qax, Bərdə, və bir çox rayonlarda iribuynuzlu heyvanlar dabağa, Astarada isə yoluxucu Nodulyar dermatitə yoluxmuşdu. 
Bakı şəhərinin yaşayış massivlərində, Samux rayonunun Gürcüstanla sərhəd ərazisində insanlar qarayara xəstəliyinin dəri forması ilə xəstələnmişlər.

"Yeni Müsavat”-da gedən məqalədən: "bu qurumda heyvan xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasında qaranlıq məqamlar mövcuddur. 

Belə ki, rəsmi mətbuat "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikaların satan 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş və ünvanından başqa heç bir məlumat yer almayan "Networks Europe L.P.” şirkətdən 2016-cı ildə 6,5 milyon manatlıq vaksin almasına dair məlumat yayıb. 

Vaksinlə kənd təsərrüfatı texnikası arasında hansı əlaqənin olduğunu yəqin ki, aidiyyatı səlahiyyət sahibləri daha yaxşı izah edərlər”.

Bundan başqa, "Nazirin kabinetində video qalmaqalı - Ölkənin baş baytarı nazir Heydər Əsədovu necə aldatdı?, "Azər Süleymanov bu millətin axırına necə çıxır?”, "Baytarlıq bataqlığı”nda nələr baş verir?, "Heydər Əsədov bu sahəyə əl gəzdirməlidir”, 24saat.org-da gedən "İqtidarda müdhiş "Vosmoy” didişməsi: nazir, başçı və rəis çırmanıb”, cumhuriyyet.az da gedən "Azər Süleymanovun baytaralıq məcaraları: obyektlərdən yığılan haqq, qohumlar və tələbəlik dostları” və s. başlıqlı məqalələr bir daha Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən qanunsuzluqlardan xəbər verir. 
Dövlət Xidmətində özbaşınalıqlar özünə elə yol açıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) hesabatına ölkədə baş verən karantin və məhdudiyyət tətbiq edilən yoluxucu heyvan xəstəlikləri (dabaq, qarayara, Nodulyar dermatit və s.) gizlədilərək daxil edilmir.
Rəisliyə aparan yol 

A. Süleymanov müavinlikdən rəis keçmək üçün sahibkarlara qarşı qeyri-qanuni hərəkətlərə yol verir. 

Beləki, Bərdə rayonunda fəaliyyət göstərən Seyfəddin adlı sahibkarın soyuducu kamerada saxlanılan çəkisi 25 ton olan kəsilmiş iribuynuzlu heyvanın cəmdəklərindən götürülmüş cəmi 12 nümunənin göstəricilərinə əsaslanaraq güya 25 ton ətin hamısı yararsız hesab edilmişdir. Hansı ki, nümunələr hər bir cəmdəkdən götürülməlidir.

Beləliklə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərinin təlimatda nəzərdə tutulan qaydaları öz marağına uyğun kobud pozması nəticəsində sahibkara külli miqdar zərər vuruldu. 

Nəhayət ki, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyində olan havadarlarının köməyi ilə Azər müəllimi rəhbərlik Dövlət Xidmətinin rəisi vəzifəsinə malqaranın xəstəliklərdən ölməsi barədə efirlərdə yayımlanan xəbərlərə, habelə uzun müddətdir ki, sosial şəbəkələrdə qanunsuz fəaliyyəti barədə gündəmdən düşməyən məqalələrə, iş adamı Asif Hacıyevin qəzet səhifələrində yer alan şikayətinə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Xüsusi şöbənin A. Süleymanovun qanunsuz hərəkətləri barədə hazırlayıb sabiq nazir Heydər Əsədova təqdim etdiyi xüsusi arayışa məhəl qoymayaraq və əhalidən daxil olan şikayyət müraciətlərini ört-basdır edərək təsdiq etdi. O, bu vaxta qədər Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edirdi
Azər Süleymanov dəyərsizləşdirdiyi və işdən çıxardığı o insanların hər biri aqrar sahədə fəaliyyət göstərən böyük bir məktəb idi!

Azər Süleymanov şəxsi məqsədlərinə xidmət edəcək şəbəkə yaratmaq üçün onun diktəsi ilə mütəxəssislər şəxsi iddialara qurban verərək küçələrə atıldı və onların əvəzində qeyri-peşəkar insanlar Dövlət Xidmətinə gətirildi. 

Dayısı oğlu Elşad Rzayevi Respublika Baytarlıq Laboratoriyasının direktor müavini, tələbə yoldaşı, təqaüdçü Mübariz Nəbiyevi ehtiyac olmadan ştat vahidi alaraq yeni yartdığı şöbəyə müdir təyin etdirdi. 

Heyvandarlıq məhsulların idxal-ixracı sahədə yetərincə bacarıqlı Tofiq Atazədəni təzyiq altında sektor müdiri vəzifəsindən uzaqlaşdıraraq Dövlət Xidmətinin tələbləri səviyyəsində savadı olmayan, yaxın adamı Aydın Hüseynovu "Dövlət Qulluğu haqqında” Qanunun tələblərini pozaraq, sektot müdiri təyin etdi. 

Aydın Hüseynov iş adamlarından Azər üçün rüşvət yığmaqla məşğuldur. Və digər tələbə yoldaşlarını baytarlıq idarələrinə rəis göndərdi. 

Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxəssisin savadı, bacarığı, səviyyəsi Azər Süleymanovun səviyyəsi ilə bərabər ola bilməzdi. Ona görə də Eldəniz Zeynalov haqqında Nazirliyin rəhbərliyinə düzgün olmayan, şərəf və ləyaqətini alçaldacaq məlumatlar ötürməklə ştatının ixtisara düşməsinə nail oldu. 

Ağcabədi Rayon Baytarlıq İdarəsinin sabiq rəisi Savalan Xudiyevin yerinə rəis təyin edilmiş Nazir Cəfərov mal qarasını sataraq əldə etdiyi vəsait hesabına bu vəzifəyə gətirilməsini gizlətmir. (Savalan Xudiyev ədalətsizlik nəticəsində işdən çıxarlmasına dözmədi. Allah rəhmət eləsin!);

Dəmir yolunda Baytarlıq Nəzarəti İdarəsinə rəhbərlik edən, bu spesifik sahədə uzun müddət təcrübəsi olan Firdövsi Məmmədov Azər müəllimə aylıq haqq verə bilmədiyindən işdən çıxarılmış və idarəyə bu sahədən qəti xəbəri olmayan Azər Süleymanovun tələbə yoldaşı Kamran adlı şəxs rəis təyin edilmişdir.

Peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin Azər Süleymanovun "Rüşvət şəbəkəsində” iştirak etmək "bacarığı” olmadığı üçün Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılaraq, onun yerinə tələbə yoldaşı Şəmkir rayonunda Baytarlıq idarəsinin rəisi olmuş Tahir Abdullayev gətirildi.

Necə olur ki, Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi Əbülfət həkim hələ gənc yaşlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1-ci katibi olan dövründə Mərkəzi Komitədə təlimatçı, sonralar şəxsən möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Qubadlı rayonunda İcrayyə Komitəsinin sədri işləməyi bacardı, lakin Azər müəllim vəzifəyə gətirilən kimi, kiçik bir kollektivi olan Neftçala Rayon Baytarlıq İdarəsinin rəisi işləməyi "bacarmadı”;

Balakən Rayon Baytarlıq İdarəsinin rəisi Mahir həkim səbəbsiz işdən azad edildi. Bu vəzifəyə isə qeyri-peşəkar şəxs gətirildi. Azər Süleymanovun peşəkar kadrların kütləvi işdən çıxarılmalarına nail olmasının məqsədi, amalı birdir. 

Ona çirkin niyyətlərini həyata keçirmək yolunda maneçilik törədən bir "başı papaqlı” qalmasın.

Xəstəliklərdən heç kim sığortalanmayıb

Daxil olan məlumata istinadən Azər müəllimin səhhətində olan ciddi problemlərə görə I qrup əlildir. 

O, vaxtaşırı Türkiyədə və digər xarici ölkələrdə müalicə almasını, daima həkim nazrətində olmasını tibbi müdaxilə üçün qoluna yerləşdirilmiş vazofiks bir daha sübut edir. 

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) üzvüdür. Dövlət Baytarlıq Xidmətinin rəhbəri tutduğu vəzifəyə görə Nazirliyin təqdimatı ilə Nümayəndə qismində Azərbaycanın baytarlığını təmsil edir. Nümayəndə Təşkilatda baytarlıq üzrə tələb, standart və s. qəbul ediləndə iştirak etməli və münasibət bildirməli, çıxış və təkliflər irəli sürməlidir. Bildiririk ki, OİE nin işçi dili- ingilis, fransız və ispan dilidir. 

Azər Süleymanov nənki xarici dil bilir, heç rus dilini də bilmir. Görəsən A. Süleymanova 178 dövlətin təmsil etdiyi bu möhtəbər beynəxalq təşkilatda keçirilən tədbirlərdə söz verildikdə nə dildə çıxış edəcək? 

Və ya hər hansı standartların qəbulunda səs vermək lazım gəldikdə dili başa düşüb, səsvermə hüquqndan istifadə edəcəkmi? 

Azər Süleymanovun qanunsuz əməllərdən cana gələn iş adamlarının müraciətləri Kənd Təsərrüfatı Nazirliyində nazir müavini cənab Seyfəddin Talıbovun, həmçinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənlinin yaxından köməkliyi ilə ustalıqla gizlədilir və ya "anonmdir” yazılaraq nəzarət orqanlarına şablon cavablar verilir. Guya ki, bu şikayət xarakterli müraciətlər ”Təmiz”, "Şəffav” fəaliyyət göstərən Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi qurmun, onun "yüksək səviyyəli” rəhbəri Azər Süleymanovun işgüzar fəaliyyətinə "xələl gətirir”?

Azərbaycan CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də kütləvi informasiya vasitəsinin məlumatları da əsas sayılır ("Maddə 46). 

CPM-də aydın şəkildə yazılıb ki, istintaq orqanı həm də KİV-də işıqlandırılan faktlara görə cinayət işi başlaya bilər… 

Haqqı tapdanmış peşəkar baytarların, incidilmiş iş adamlarının, şərlənənmiş sahibkarların fikrincə, Azər Süleymanovun işdən çıxarılması onun üçün cox yüngül olar. 

A. Süleymanov Dövlət Xidmətinə rəhbərlik etdiyi müddətdə qanunsuz əməllərinə görə Korrubsiyaya qarşı Mübarizə Baş İdarəsində Kamran Əliyevin "QONAĞI” olmalıdır. 

Onun işlədiyi müddətdə əldə etdiyi sərvətlər, villa və mənzilləri, balıqçılıq təsərrüfatı, ət magazaları müsadirə edilərək dövlətin sərəncamına verilməlidir. 

Azərə məxsus saf dağ havası ilə tanınan Göygöl rayonundakı "Karusel İstirahət Mərkəzi” isə atalarını işdən çıxartdırıb, çörəksiz qalan balaların yayda istirahət etmələri üşün "UŞAQ İSTİRAHƏT MƏRKƏZİNƏ” çevrilə bilər.

Fia.Az