Şəfəqə Doğru » Manşet » “Biz anlamalıyıq ki, Rusiyanın öz maraqları var” – ​Ermənistan XİN

“Biz anlamalıyıq ki, Rusiyanın öz maraqları var” – ​Ermənistan XİN

“Biz anlamalıyıq ki, Rusiyanın öz maraqları var” – ​Ermənistan XİN
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Rusiyanın Azərbaycana silah satması faktına münasibət bildirib. O qeyd edib ki, digər dövlətlərin şəxsi maraqlarının olduğunu dərk etmək lazımdır.Shafaqadogru.com erməni KİV-nə istinadən xəbər verir ki, o bunu yerli İctimai radioya müsahibəsində deyib.
"Hər bir dövlət başqalarının yox, yalnız öz maraqlarına uyğun olaraq hərəkət edir. Biz bunu dəqiq anlamalı və dərk etməliyik ki, Rusiyanın Ermənistanla olan strateji münasibətləri ilə yanaşı, digər istiqamətlərdə də maraqları ola bilər”, – deyə Koçaryan bildirib.
Onun sözlərinə görə, artıq gözləntilər ümidsizliyə gətirib çıxarır.
"Biz maraqlarımızın kəsişdiyi nöqtələrdə müttəfiqik”, – deyə o bildirib və bu kimi ümidsizliklərin müttəfiq ilə münasibətlərdə mənfi nəticələrə gətirib çıxara biləcəyini əlavə edib.