Şəfəqə Doğru » Manşet » NİA.az saytının rəhbərini məmur oğlu hədələyir – AUDİOFAKT

NİA.az saytının rəhbərini məmur oğlu hədələyir – AUDİOFAKT

NİA.az saytının rəhbərini məmur oğlu hədələyir – AUDİOFAKT
Neytral İnformasiya Agentliyinin(NİA.AZ) baş redaktoru Bəhruz Əliyevi ölümlə hədələdilər.

Azərbaycanda həqiqətən də analoqu olmayan hadisələr baş verir və ötən gün onlardan daha biri qeydə alınıb. NİA.az saytının rəhbəri Bəhruz Əliyevə qarşı qarayaxma kampanyası başlayıb. Mustafa Əliyevin oğlu jurnalistə zəng edərək hədə qorxu gəlib. Səbəb isə onun NİA.az saytında guya Mustafa Əliyevlə bağlı "Keçmiş DTXK-nın müdiri Neftçalada istədiyi torpağa öz bildiyi kimi xəritə çəkib” başlıqlı yazının dərc edilməsi olub.

Shafaqadogru .com Teref.info-ya istinadən yazır ki, Bəhruz Əliyev bu barədə xia.az saytına danışıb. Onun sözlərinə görə Neftçala rayonunun icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Mustafa Əliyev barədə yazı dərc edib. Həmin yazıdan qəzblənən Mustafa bəyin oğlu Nia.az saytının rəhbəri Bəhruz Əliyev söhbətə çağıraraq hədə-qorxu ilə danışıb. Bəhruz Əliyev Mustafa bəyin oğlu ilə danışığın audio yazısınıda bizə təqdim edib.Onun sözlərinə görə Mustafa Əliyevin oğlu Mirmurad Əliyev zəng vuraraq söhbət etməyə dəvət etməsi və görüşdə söhbət zamanı Bəhruz Əliyevə mən dindaram sənin başın bədəninə ağırlıq edir deyəsən ağıllı ol get yazını sil.Hamı bilir ki, atam nə edirsə nə alırsa hamısını İsmayıl Vəliyevə verir, deyərək Neftçala rayonun icra hakimiyyətinin başçısının adına qara yaxıb.Bununlada kifayətlənməyərək Facebook sosial şəbəkəsində Bəhruz Əliyevi təqqir edib.
Teref.info qarşı tərəfin fikirlərini dinləməyə hazırdır!
Teref.info

NİA.az saytının rəhbərini məmur oğlu hədələyir – foto-audio sübut