Şəfəqə Doğru » Manşet » Ata polis, oğul polis, kürəkən polis, əmoğlu, dayoğlu polis, daraşıblar bu millətin canına ...

Ata polis, oğul polis, kürəkən polis, əmoğlu, dayoğlu polis, daraşıblar bu millətin canına ...

Ata polis, oğul polis, kürəkən polis, əmoğlu, dayoğlu polis, daraşıblar bu millətin canına ...
Bir ölkədə nə qədər polis olar? 

Kənddən gəlmiş, kasıbın biri avtobusdan düşən kimi polis üstünü kəsir ki, bəs 20 manat cərimə, etiraz etsə məsələ daha da böyüyür, "polisə müqavimət", həbs və nələr, nələr.

Shafaqadogru.com Mediaxeberləri.az -a istinadən xəbər verir ki, bu sözləri Azadlıq partiyasının sədri Əhməd Oruc özünün facebook hesabında paylaşıb.

Avtovağzalla Şamaxinkanın arasında bütün günü onlarla DYP maşını dövrə vurur. Hamısı cavan savadsız uşaqlardı, pullarını alıb faizlə işə götürüblər, cərimənin neçə faizisə onlarındı. Avtovağzaldakı avtobus dayanacağında avtobusdan düşüb avtovağzala tərəf keçənləri də maşınların arxasında gizlənmiş faizlə işləyən polislər gözləyir. Piyada keçidini qəsdən çox aralıda, 200 metr uzaqlıqda qoyublar. Bu hakimiyyətin bu millətə nifrəti o qədərdir ki, bu millətə məhrumiyyətlər yaşatmaq, sındırmaq, qorxutmaq, gözüqıpıq eləmək üçün ən iyrənc yolllara belə əl atırlar. Kənddən gəlmiş, kasıbın biri avtobusdan düşən kimi polis üstünü kəsir ki, bəs 20 manat cərimə, etiraz etsə məsələ daha da böyüyür, "polisə müqavimət", həbs və nələr, nələr. 

Mən hələ tində dalanda gizlənən YPX, PPX, CPA, gizli polisləri demirəm. 

Heç olmasa bir dəfə qonşu Gürcüstana baxıb abır həya etmirlərmi, utanırlarmı? Orda polis maşınlarına yalnız iri şəhərlərin girəcəyində və hər tərəfdən görünən yerdə rast gəlmək olar.